“Dedilər ki, Nəriman müəllimin göstərişidir, maaş verilməyəcək” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Tarix: 21-01-2022 | Saat: 11:44
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər
Baş Prokurorluq tərəfindən qanunsuz ağac kəsilməsinə görə rəhbərlik etdiyi “Ştutqart” MMC barəsində cinayət işi başlanılan keçmiş deputat Nəriman Əliyev bu dəfə 64 işçinin maaşını ödəməməkdə ittiham edilir. Əmək haqqını ala bilməyən əməkdaşlardan biri də Qarabağ Müharibəsi qazisi İsmayıl Qurbanovdur. İ.Qurbanov bildirib ki, ötən il həmkarları ilə birgə işlədiyi “Ştutqart” MMC-də işdən çıxarılıblar və maaşlarını ala bilməyiblər: “2021-ci il sentyabr-oktyabr aylarında 64 nəfər tutduğumuz vəzifələrdən azad edildik. Bizimlə hesablaşma aparıldı və bizə çatacaq əmək haqlarının bir hissəsinin yaxın müddətdə veriləcəyi deyildi. Onlar bizə ümumilikdə 76 813 manat verməli idilər. Mən orada satış meneceri işləyirdim. Məsələn, mənə bir ayın maaşı verilməyib. Digərlərində isə fərqlidir. Elə işçi var ki, iki ayın maaşını ala bilməyib”.
Qazinin sözlərinə görə, bir müddət keçdikdən sonra pulun verilmədiyinə görə, işçiləri vasitəsilə “Ştutqart” mağazalar şəbəkəsinin direktoru Nəriman Əliyevə müraciət ediblər: “Biz Nəriman Əliyevin köməkçisi Hacı Azərə, rəhbərlikdə təmsil olunan Orxan və Hikmət adlı şəxslərə dəfələrlə müraciət etsək də, cavab olaraq bizə deyilib ki, “Nəriman müəllimin göstərişidir, işdən çıxan heç kəsə əmək haqqı qalığı verilməyəcək”.
Biz bu məsələdən güc strukturlarına, lazımi orqanlara şikayət edəcəyimizi desək də, hər dəfə ağır ifadələrlə Nəriman Əliyevin heç kəsdən qorxub-çəkinmədiyini, kimə şikayət edilməsindən asılı olmayaraq bu pulların verilməyəcəyini dedilər. Nəticədə işdən çıxmağımızdan 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bizə çatmalı olan pulları ala bilməmişik”.
Eks-deputat Nəriman Əliyevə vətəndaşın iddialarına cavab vermək üçün son bir həftə ərzində dəfələrlə müraciət etsək də, zənglərə cavab vermədiyi üçün münasibət öyrənə bilmədik.
Qeyd edək ki, qazi İsmayıl Qurbanov Vətən Müharibəsində iştirakına görə “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.
Xəbəri paylaş
4198 dəfə oxunub.
Digər xəbərlər

18-09-2015, 21:59
İlham Əliyevdən daha bir sərəncam - İcra Hakimiyyətinə pul ayrıldı
18-03-2017, 10:01
Magistratura səviyyəsində 20 yeni ixtisas yaradılıb
16-07-2021, 12:37
Gəncə təhsilində daha bir BİABIRÇILIQ... - imtahan suallarını başqasına həll etdirmək istədi, amma…
24-08-2016, 13:36
Əli İnsanov barəsində cinayət işi başlanıb - YENİDƏN DİNDİRİLİR
6-09-2021, 21:48
Azərbaycanda məktəblər bu tarixdə açılır: Yuxarı siniflər isə...
18-11-2016, 12:44
Trampla Putinin gizli Yalta görüşü - Dialoq
19-01-2020, 13:33
Toydan qayıdan ailə qəzaya düşdü - yaralılar var
5-03-2019, 19:06
BŞİH Müsavatın mitinqinə icazə vermədi
23-01-2016, 13:30
"Space" kanalının "Sevimli şou" verilişi bağlandı