''Qayda və tövsiyələrə ciddi şəkildə əməl edilməsə, ölkəmizdə karantin qaydaları daha da sərtləşdirilə, hətta qapanmalara belə gedilə bilər. Bununla bağlı gələcəkdə veriləcək qərarlar vətəndaşların birbaşa məsuliyyətindən asılıdır''.
Xeberaz.Az xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə açıqlamasında Milli Məclisin Səhiyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib. Onun sözlərinə görə, ölkəmizdə də aşkar edilən koronavirusun "omicron" ştammına dünyanın əksər ölkələrində yoluxanaların sayı gündən-günə artır.
Millət vəkili qeyd edib ki, hazırkı vəziyyətdə vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə vəziyyət qənaətbəxşdir. Buna səbəb vətəndaşların vaxtında peyvənd olunmaları və pandemiya qaydalara əməl etmələridir.
Deputat vurğulayıb ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyona yaxınlaşır. Gücləndirici "buster" doza qəbul edənlərin sayı 1,7 milyonu keçir.
Məlahət İbrahimqızı bildirib ki, pandemiyanın başlamasından dərhal sonra Azərbaycanda görülən tədbirlər öz nəticəsini verir. Onun sözlərinə görə, ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur. Bundan əlavə, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub.
Millət vəkilinin sözlərinə görə, bütün bunlara baxmayaraq COVİD-19-a yoluxma ilə bağlı açıqlanan rəsmi rəqəmlər onu deməyə əsas verir ki, hazırda bu virusa yoluxanların sayı sağalanların sayını üstələyir. Proses belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz ola bilər.
İnfeksiyanın yayılmasını şərtləndirən əsas məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəif olması, xüsusən də üçüncü - "buster" dozanı vurduranların sayının azlığıdır. Ümumdünya Səhiyyə Təşkilatı yaxın 6-8 həftə ərzində Avropa əhalisinin yarısından çoxunun "omicron" ştammına yoluxacağını proqnozlaşdırır.
Məlahət İbrahimqızı vurğulayıb ki, yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün vətəndaşlar gücləndirici "buster" doza ilə peyvəndlənməlidirlər.
Yoluxmalar artır: Karantin qapıda - VİDEO
Tarix: 17-01-2022 | Saat: 10:59
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
3518 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-01-2022 | Saat: 10:59
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
18-09-2018, 22:19
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR
12-09-2021, 11:22
ABŞ-da meymunlarda koronavirus aşkarlandı
11-07-2019, 12:30
Azərbaycanda həkimlərin əmək haqqı artacaq
24-06-2019, 13:26
İstirahət günlərində Azərbaycan yollarında 11 nəfər öldü
22-11-2016, 10:14
Atəşkəs 25 dəfə pozulub
25-04-2015, 00:09
Leyla Əliyeva film təqdimatında - FOTO
22-10-2020, 14:20
Ermənilər Gürcüstanın daha bir şəhərinə iddia etdi - Foto
23-05-2022, 16:40
Mən toyunu apardığım cütlüklərin oğlu olur.
3-03-2016, 14:21
Rəna: "Sənətimə görə sevgilimi ataram" - FOTO