Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Gəncə Beynəlxalq Xəstəxanası" ittihamlara belə cavab verdi
Tarix: 10-01-2022 | Saat: 20:54
Bölmə:M / Karusel / Gündəm / Reportaj / Aktual | çapa göndər



Ünvan:  Bakı şəhəri, Y.H.Əliyev qardaşları 12/427
“Dünyanınsəsi.Az”
 
Hörmətli cənablar, 
İlk öncə məlumat üçün bildirmək istərdik ki, “Synergy Medical” Məhdud Məsuliyyətli Cəmiyyəti Prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının 1-ci vitse Prezidenti Mehriban xanım Əliyeva tərəfindən səhiyyə sahəsində aparılan uğurlu islahatlardan bəhrələnərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən 28 avqust 2015-ci il tarixli №086461 1423 qeydiyyat nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilən 15 yanvar 2016-cı il tarixli №087971 İSN/L-66/2016 qeydiyyat nömrəli “Özəl Tibbi Fəaliyyət”ilə məşğul olmaq hüququ verən lisenziyalarla, Gəncə şəhəri, H.Əliyev prospekti 60 D/E/F ünvanında yerləşən “Gəncə Beynəlxalq Xəstəxanası” adı ilə tibbin bir çox sahəsi üzrə fəaliyyətə başlamış və Azərbaycan Respublikası qanunvericiliyi əsa sında təsdiq olunmuş nizamnaməyə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Xəstəxanamız dünya təcrübəsində qəbul edilən “American Hospital” standartlarına cavab verən avadanlıqlarla təchiz edilmiş və beynəlxalq təcrübəyə malik tibbi personal heyəti ilə fəaliyyət göstərir. “Gəncə Beynəlxalq Xəstəxanası” adı altında səhiyyə sahəsində müasir dünya standartlarına cavab verməklə yanaşı, Azərbaycanın və Qafqazın ilk “JCİ – Joint Commission International” sertifikatına layiq bilinməyimiz tibb sahəsində istifadə etdiyi bütün təcrübəni və professionallığı özündə cəmləyən bir tibb müəssisəsi deməkdir. Müəssisə Azərbaycan Respublikasının bütün qanunlarına hörmət əsasında, özəl tibb fəaliyyətini həyata keçirir. Respublikamızın bütün bölgələrində yaşayan vətəndaşlara yüksək dərəcədə tibbi xidmət göstərməkdəyik. 
Eyni zamanda bildirilir ki, Vətən müharibəsi başlayan gündən (27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixinədək) “GBX”nı bütün həkim və tibb personalı ilə mülki vətəndaşların qəbulunu dayandırılmış, könüllü olaraq hərbi hospital rejiminə keçib Azərbaycan Respublikasının ərazilərinin azad olunmasında 400 yaxın ağır yaralanmış hərbi qulluqçuların əməliyyat və müalicə olunmasında yaxından iştirak etmişdir. Həkimlərimizin vətənpərvəliyi və peşakarlığı dövlət tərəfindən yüksək qiymətləndirilərək birneçə dəfə təltif olunmuşdur.  
Lakin bu kimi şəffav, yüksək keyfiyyəli xidmətə və xəstəxanamızın peşakar həkim və tibb heyəti barəsində 06 yanvar 2022 il tarixində “Gəncə Beynəlxalq Xəsətəxansında dərəbəylik - Həkim xəsətəni təhqir edib həm də...” şuarı altında Dünyanınsəsi.Az saytında dərc olunan məqalə bizim hüquqlarımızın pozulması ilə nəticələnmişdir. Həmin xəbər saytında dərc olunan yalan xəbər ilə bağlı tərəfimizdən təxirəsalınmaz daxili araşdırma aparılaraq, həkim və tibb personalının izahatları alınmış, daxili müşahidə kamera görüntülərinə baxış keçirilmişdir. 
Qeyd olunan məsələyə münasibətimiz odur ki, sözügedən məqalədə dərc olunan məsələ həqiqəti əks etdirmir, xəbər doğru deyil, 06.01.2022 il tarixdə “GBX”nın həkimləri tərəfindən Kəlbəcər rayon sakini Bəşirov Uğur Hüseyn oğluna qarşı hər hansı bir qeyri etik davranış nümayişi,  vətəndaşın təhqir olunması, pasiyentin xəstəxanadan qovulması kimi hüquqazid hərəkətlər aşkar olunmamışdır. 
Bildirilir ki, 01.04.1968-ci il təvəllüdlü vətəndaş Uğur Hüseyn oğlu Bəşirov 06.01.2022 il tarixində səhər saat 09:27-də “GBX”na gələrək “kardioloji check-up” muayinəsindən keçmək üçün müvafiq qeydiyyatdan keçmiş, qan analizləri vermiş, sonra kardioqrama çəkdirmiş (oradada narazılığını bildirmiş) və daha sonra həkim-kardioloq Sənan Təhmazovun qəbuluna gəlmişdir. Qəbul otağında digər həkim Emil Əminov öz xəstəsini muayinə etdiyini görmüş və pasiyent U.H.Bəşirov həkimlərin növbədənkənar başqa şəxsləri qəbul etməsinə əsassız olaraq öz etirazını bildirib, bunu həkimlərə irad bildirərək, həkim və tibb personalına qarşı aqresiv şəkildə yüksək səslə qeyri etik davranış nümayiş etdirmişdir. Bundan sonra həkim S.Təhməzov pasiyentin ona qarşı artıq inamının olmamasını anlamış və bu səbəbdən pasiyenti müayinə etməkdən imtina etmiş və müvafiq ödənişin geri qaytarılması üçün ödənilən məbləği təsdiq edən qəbzə qeydini aparıb qəbzi köməkçisinə, o isə vətəndaş U.H.Bəşirova geri qaytarmışdır. 
Daha sonra vətəndaş xəstəxananın Baş həkimi Tural Əfəndiyevin qəbulunda olmuş, məsələyə aydınlıq gətirilmiş və heç bir insident və ya narazılıq olmadan tərəflərin qarşılıqlı razılaşması əsasında U.H.Bəşirov xəstəxandan getmişdir. 
Bildirilir ki, 06.01.2022 il tarixində ictimayiləşdirilən və Dünyanınsəsi.Az saytında dərc olunan məqalədə: 
1.  “Həkimlərin xəstə və xəstə yaxınları ilə davranışları bir çox hallarda heç bir tərbiyə çərçivəsinə sığmır”
2.  “Əgər həkim hipokrat andına tüpürüb öz şəxsi marağını güdürsə”
3.  “Gəncə Beynəlxalq Xəsətəxanasının bəzi “danabaş” həkimlərinin diqqətinə çatdırırq ki,”
4.  “Əyninə ağ xalat geyinən Sənan Təhməzov kimilərdən nə sağlamlıq keşikçisi ola bilər ki,vətəndaşa tibbi xidmət göstərmək əvəzinə onu təhqir edir həm də xəstəxanadan qovur. Bu cür hərəkət sərgiləyən tibb işçisini nəyin ki, Gəncə Beynəlxalq Xəstəxanasının həm də dünya tibbinin üz qarası hesab etmək olar”
şəklində qeyd olunan, həqiqəti özündə əks etdirməyən və heç bir sübuta əsaslanmayan, şər-böhtan və təhqir xarakterli ifadələrə görə, hüquqi dövlətdə fəaliyyət göstərən həm hüquqi şəxs olaraq, həm xəstəxana həkimləri tərəfindən təqsirkar şəxlər barəsində müvafiq qanunvericiliyin normalarının tələblərinə uyğun olaraq “şərəf və layəqəti alçaldan, iş nüfuzuna ləkə gətirən” yazılarla bağlı, xəstəxanaya və həkim heyətinə dəymiş mənəvi zərərin ödənilməsi və məsələyə hüquqi qiymət verilməsi üçün yaxın zamanda aidiyyəti üzrə hüquq muhafizə və məhkəmə orqanlarına müraciət olunacaqdır. 
 
Hörmətlə, 
“Synergy Medical” MMC-in 
Baş həkimi                                                                                   Tural Əfəndiyev


Xəbəri paylaş

4338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___