Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Nəticə etibarilə uduzan yenə istehlakçı olur..." - "Azəriqaz"dan ŞİKAYƏT
Tarix: 02-01-2022 | Saat: 11:54
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



""Azəriqaz" açıqlama verib ki, yanvarın 1-dən smart kartla işləyən qaz sayğacları avtomatik sıfırlanır və abonentlər yeni ildən 1200 kubmetrlik güzəştdən istifadə etməyə başlayır. Bəs köhnə ildən qalan hissəyə nə olur? Axı abonent həmin kubmetri hökumətdən 20-25 qəpiyə alıb?"Bunu sosial şəbəkə istifadəçisi Real Cəfərli öz səhifəsində yazıb.

Açıqlamada daha sonra qeyd olunur: "Amma yeni ildə həmin hissə 12 qəpikdən satılan 1200 kubmetrlik "mavi yanacağ"ın tərkibinə daxil olur. Nəticə etibarilə uduzan yenə istehlakçı olur. Çünki hökumət əhalinin cibinə girir.

Əslində, smart kart istifadçilərində yeni ilə cüzi qaz ehtiyatı qala bilər. Məsələn, mənim qaz sayğacımda 60 kubmetrdir. Amma mən həmin "mavi yanacağ"ı istifadə etmək üçün 25 qəpikdən hesablandığına görə 15 AZN ödəmişəm. Yeni güzəştlə isə 60 kubmetr 7,2 AZN edir. Nəticə etibarilə 7,8 AZN itirirəm. Hökumət də bu durumda qabağa düşür. Çünki həmin hissə 1200 kubmetrdən çıxılanda mənim 12 qəpiklik limitim 1140 kubmetr qalır. Əgər əksini iddia edirlərsə, onda çıxıb məsələyə aydınlıq gətirsinlər. Ümumilikdə isə neft-qaz ölkəsində, xüsusilə bahalaşmanın tüğyan etdiyi, inflyasiyanın maaşı yediyi vaxtda istehlakçılar üçün limit tətbiqi yanlışdır".

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Xəbəri paylaş

4508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___