Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabunçu Sukanal İdarəsinin rəisi Elşad Quliyevin vətəndaşlarla davranış problemi... - Elşad Quliyevin Ülviyyə “SEVGİSİ”...
Tarix: 15-12-2021 | Saat: 10:45
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

Sabunçu Sukanal İdarəsinin rəisi Elşad Quliyevin  vətəndaşlarla  davranış problemi... - Elşad Quliyevin Ülviyyə “SEVGİSİ”...



Qarabağ  veteranına  “sən dırnağı da deyilsən...” deyən Elşad Quliyev Ülviyyənin suyunu tez-tez dəyişir...

Elşad Quliyev hər ay xeyir-şər evlərindən, şadlıq saraylarından nə qədər pul yığır ? 

Elşad Quliyev Qarabağ veteranına “Bura hərbi komissarlıq deyil, su idarəsidir” deyir..


Sabunçu Sukanal İdarəsinin  Elşad  İdris oğlu Quliyev  adında  bir rəisi var. 
Bu adamın əlindən Sabunçu rayonunun qəsəbələri, kəndləri beziblər. Sakinlərin su problemlərindən yazmadığı  dövlət qurumları qalmayıb. Amma ortada nəticə yoxdur. 
Elşad  Quliyevə deyən lazımdır ki, rayon ərazisində yerləşən xeyli sayda  mərasim, xeyir-şər  evlərinə verdiyin suların hesabı, pul-parası kimin cibinə gedir ? 
Təkcə  bu pulu hesablasalar, səni neçə il cəza gözləyir. 
Ancaq  Qarabağ müharibəsində döyüşmüş oğulların  su problemi səni  zərrə qədər maraqlandırmır. 
Nəinki maraqlandırmır, hətta Vətən müharibəsi veteranının  su ilə bağlı haqlı tələbinə Elşad Quliyev belə cavab verir: “ Bura  hərbi komissarlıq deyil, su idarəsidir, kimə su verilib-verilməməsini biz özümüz müəyyən edirik”. 
Bax, bu yerdə adam düşünür ki, Elşad Quliyev kimi məmurları minalanmış sahələrə göndərmək lazımdır ki, müharibənin nə olduğunu azca da olsa hiss eləsin...
Elşad Quliyevə deyən lazımdır ki, şadlıq evlərindən, kafelərdən, restoranlardan bir ayda  su pullarının hesabına nə qədər pul qazanırsan? 
Elşad Quliyevdən soruşmaq lazımdır ki,  səni bu vəzifəyə qoyublar ki,  Ülviyyənin  suyunu dəyişəsən...yoxsa  vətəndaşların, o cümlədən veteranların su problemini həll edəsən?
Ülviyyəyə olar, başqa sakinlərə yoxmu? 
Bütün bunlar azmış kimi, Elşad Quliyev  boyundan yuxarı hərəkət edərək, Qarabağ veteranı olan Cənnət müəllimə deyib ki, sən heç Anar  Cəbrayıllının ( “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri) dırnağı da ola bilməzsən. 
Birincisi, Qarabağ veteranını hörmətli Anar Cəbrayıllı ilə müqayisə etməyin nə mənası var ?
İkincisi, Anar Cəbrayıllıya  hamımızın hörməti var. 
Üçüncüsü,  Elşad  Quliyev niyə  Anar müəllimin adı ilə manipulyasiya edir? 
Bir daha  Elşad  Quliyevə xəbərdarlıq edirik ki,  savadın, təhsilin yoxdursa, get  təhsilini artır və vətəndaşlarla davranış qaydalarını öyrən. 
Yoxsa, sənin özünə Azərsu davaranış qaydalarını öyrədər...
Mənbə;(https://gundelik-baku.com/)






Xəbəri paylaş

1 2138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___