Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Diplomlular kənarda qalıb, kurs bitirənlər müəllim işləyir“ - Deputatdan şok ittiham
Tarix: 15-12-2021 | Saat: 10:02
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər


 Azərbaycanın kənd məktəblərində müəllim çatışmazlığı ciddi problemə çevrilməkdədir. Bu problem ucqar rayonlarda, xüsusilə, dağ kəndlərində özünü daha qabarıq göstərir. Hətta həmin məktəblərin məzunu olan gənclər də öz kəndlərinə dönmək istəmirlər. Buna səbəb nədir? Kənddən şəhərə gələnlər niyə öz məktəblərinə qayıdıb müəllim işləmək istəmirlər? 
Milli Məclisin elm və təhsil komitəsinin deputatı Anar İsgəndərov deyib ki, bunun iki səbəbi var:
“Bir qismi müəllim ixtisasına yiyələnib müəllim olmaq istəmir. Digər bir qismi isə Təhsil Nazirliyi İmtahan Mərkəzinin işə qəbul imtahanından keçə bilmir. Ən böyük problem budur. 4 il oxuyur, ali məktəb qurtarır, nəticə yoxdur. Bəziləri hətta ali məktəblərə ən yüksək balla daxil olub, lakin İmtahan Mərkəzinin imtahanında lazımi balı yığa bilmir”.
Deputat əlavə edib:
“Etiraf etmək lazımdır ki, hamı rahat yer kimi Bakını seçir. Ya da digər şəhərlərdə işləmək istəyirlər. Bunu heç kim inkar edə bilməz. Çox nadir hallarda kimsə kənd yerini seçir. Lakin əksəriyyəti şəhərdə qalmağı üstün tutur. Ona görə də ucqar dağ kəndləri ilə bağlı problem qalır. 
Milli Məclisin elm və təhsil komitəsinin üzvləri kimi bu, bizi də, Təhsil Nazirliyini də narahat edir və problemin həlli üçün yollar düşünülür. 
Hazırda müəllim ixtisası olmayanlar belə bir kurs bitirib, müəllim kimi fəaliyyət göstərirlər. Nəticədə məktəb yarımcan olur”.




Xəbəri paylaş

7368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___