Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeni metro kartlarındakı yazılarla bağlı açıqlama-
Tarix: 17-08-2015 | Saat: 21:27
Bölmə:M / Karusel / Gündəm / Fotogalereya | çapa göndər

Yeni metro kartlarındakı yazılarla bağlı açıqlama-

Artıq bir neçə gündür ki, Bakıda nəqliyyatda vahid gediş kartı hesab olunan, “Bakubus” avtobuslarında və metroda istifadə edilən gediş kartlarının üzərindəki yazılar KİV-lərdə sosial şəbəkələrdə ciddi müzakirə edilir.


Belə ki, kartın bir üzündə “Kartı rəsmi satış məntəqəsindən alınız”, “Kart balansını artırmaq üçün rəsmi ödəniş terminallarından istifadə ediniz”, “Kartınızı zədələməyiniz” kimi cümlələr yer alır. Bir çoxlarının, o cümlədən mütəxəssislərin fikrincə, burada “alınız”, “ediniz”, “zədələməyiniz” kimi ifadələrin işlədilməsi düzgün deyil. Çünki müasir Azərbaycan dilində belə ifadə formaları yoxdur. Bəziləri isə hətta bunu Azərbaycanın dövlət dilinə hörmətsizlik kimi qəbul edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, tanınmış jurnalist Qulu Məhərrəmli Trend-in sorğusuna cavab olaraq bildirib ki, “alınız”, “ediniz”, “zədələməyiniz” kimi ifadələr Azərbaycan dilinin yaddaşında var, lakin onlar müasir müraciət forması deyil.

Bu cür müraciət vaxtilə danışığımızda müəyyən qədər olub, lakin müasir dil onu qəbul etmir: “Əlbəttə ki, bu, məsuliyyətsizlikdir, dilimizə hörmətsizlikdir. Azərbaycan dili ilə bağlı Dövlət Proqramının həyata keçirildiyi bir vaxtda bu cür yanlışlıqlara yol vermək arzuolunmazdır. Niyə belə müraciətlər ortaya çıxır? Bu o deməkdir ki, onu sifariş edənlər və hazırlayanlar dildən çox uzaq şəxslərdir. Onlar bu yazıları hazırlayanda dilçi mütəxəssislə məsləhətləşə bilərdilər. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Aidiyyəti təşkilatlar bu məsələyə diqqət yetirməlidir. Belə hallarda bu sahədə ixtisaslaşmış qurumlarla, mütəxəssislərlə məsləhətləşmələr aparılmalı idi. Bu qədər maliyyə vəsaiti xərclənilir. Dünya dağılmayacaq ki?! Bir alim dəvət edin, ona əmək haqqı verin, qoy bu yazılara baxsın. Bundan ancaq udmaq olar.”

İnsititutun şöbə müdiri hesab edir ki, yol verilən nöqsan tezliklə aradan qaldırılmalıdır: “Bu yanlışlıq mütləq aradan qaldırılmalıdır. Yenilik tətbiq olunub. Bu, müsbət haldır. Amma hər dəfə onun üzərindəkiləri oxuyanda adamın gülməyi gəlir. Belə olmaz”.

Məsələ ilə bağlı “Bakıkart” layihəsinin rəhbəri Ceyhun Əliyev Trend-ə bildirib ki, o, bu faktı nə təkzib, nə də təsdiq edir. Bütün cəhdlərimizə baxmayaraq, o, “Bakıkart”la bağlı “Bakı Metropoliteni” QSC ilə əlaqə saxlamağımızı və məhz oradan mövqe öyrənməyimizi istədi: "Bununla bağlı Bakı Metropoliteninin mətbuat xidmətinə müraciət edin. Həmin müraciətə baxılacaq və əgər ehtiyac olarsa, açıqlama veriləcək".

Lakin C.Əliyev “Bakubus” MMC-nin avtobuslarında və Bakı Metropolitenində istifadə edilən kartların istehsalçısı və kartlarla bağlı xidməti həyata keçirən təsisatın məhz “Bakıkart” olduğu halda niyə digər qurumun açıqlama verməli olduğunu izah etmədi.

Qeyd edək ki, “Bakıkart”ın terminallarında kartı alanda və ya gediş haqqı yüklənəndə sərnişinə təqdim olunan çeklərdə nə “Bakı Metropoliteni” QSC-nin, nə də “Bakubus” MMC-nin adı yox, məhz kartın buraxılmasına məsul şirkət olan “K group” MMC-nin adı yazılır. Bundan əlavə, cəmi bir neçə gündür istifadə verilməsinə baxmayaraq, kartın üzərində göstərilən www.bakikart.az elektron ünvanı aktiv deyil. Bununla əlaqədar “Bakıkart” layihəsinin rəhbəri C.Əliyev deyib ki, sayt yaxın zamanlarda istifadəyə veriləcək.

Maraqlısı odur ki, nə “Bakı Metropoliteni” QSC-dən, nə də “Bakubus” MMC-dən də adıçəkilən məsələyə aydınlıq gətirən, ya da hər hansı mövqe bildirə bilən şəxs tapılmadı. Yeri gəlmişkən, “Bakubus” MMC-nin www.bakubus.az internet səhifəsi də fəaliyyət göstərmir.


Xəbəri paylaş

7928 dəfə oxunub.

Digər xəbərlər
7-04-2015, 20:01 Xəyanət edən Bürclər

bütün xəbərlər
____ Instagram ___