Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bizim Ailə tumları" şirkəti QANUNLARI NECƏ TAPDAYIR... - İTTİHAM
Tarix: 23-11-2021 | Saat: 09:19
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər


Samuxda yerləşən "Bizim Ailə" günəbaxan tumlarının qablaşdırılması müəssisəsində antisanitar vəziyyət hökm sürür. Burada ölkə qanunlarına məhəl qoymadan fəaliyyət göstərirlər.

Bununla bağlı redaksiyamıza ilgınc məlumat daxil olub.
Mənbə qeyd edir ki, Samux rayonunda yerləşən, "Samux Bizim Ailə" günəbaxan tumlarının qablaşdırılması müəssisəsində ölkə qanunlarına məhəl qoyulmur.Həmin müəssisədə 37 (otuz yeddi) nəfər işçi çalışır və əgər onların fəaliyyəti araşdırılsa üzə çıxar ki,işçilər ilə müəssisə arasında hər-hansı əmək müqaviləsi belə yoxdur.Baş verənlər barədə əraziyə təhkim olan əmək müfəttişliyinin xəbəri var,sadəcə aylıq haqq aldığı üçün heç bir tədbir görmür.Ölkəmizdə hazırda qanunsuz əmək fəaliyyətinə qarşı aparılan mübarizənin üzərinə belə dövlət qurumları kölgə salmaqla əslində kölgə iqtisadiyyatına, gizli iqtisadiyyata şərait yaradacaq əməllərinə davam edirlər.
Müəssisənin Füzuli adlı müdiri açıqca ölkə qanunlarına məhəl qoymur və bütün işçilərin əməyini istismar edir.Eyni zamanda burada işləyən işçilərin sağlamlığı üçün lazım olan sənədlər də qaydasında deyil.
Müəssisədə hazırki Covid 19 la bağlı karantin qaydalarına riayət olunmur və bu da işçilərin həyatına risk yaradır.Digər səbəblərdən biri də budur ki,müəssisə daxilində sanitar-gigiyenik normalara riayət olunmur.Bu kimi məsələlərlə bağlı KİV vasitələrinə müraciət edərək xahiş edirik ki, bu məsələni ölkə mətbuatında ictimailəşdirilməsini təmin etsinlər.Bizim hüquqlarımızı kobudcasına pozurlar və özlərini haqlı hesab edirlər.Dövlətin əlaqədar qurumlarından kömək istəyirik.

Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Müəssisə barəsində deyilənlərin necə olması barəsində açıqlama verə bilər.

//azinfo.tv//


Xəbəri paylaş

4368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___