Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əhali üçün TƏHLÜKƏ olan “ATENA” süd məhsulları…- ATENA ağartı deyil, qaraltı istehsal edir…
Tarix: 21-11-2021 | Saat: 12:22
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

Əhali üçün TƏHLÜKƏ olan “ATENA” süd məhsulları…-  ATENA  ağartı deyil, qaraltı istehsal edir…



Atena" süd məhsullarının istehsalında insan sağlamlığı üçün  təhlükəli olan maddələrdən istifadə olunur…

Şirkətin bu qədər inəyi haradandır ki, təbii süddən istifadə etsin..?  




Məlumat üçün  qeyd edək ki,  2011-ci ildən fəaliyyətə başlayan "Atena" MMC süd və süd məhsulları bazarında 40 artıq müxtəlif çeşidli məhsul istehsal edir. Süd, ayran, qatıq, xama, pendir, kərə yağlarının hər birinin bir neçə cür növü istehsal olunur.
Şirkət alıcılarına bildirir ki, guya  istehsalda süd tozundan deyil, təmiz, təbii  süddən istifadə edilir. 
Yəni  guya  sterilləşdirilmiş süddən fərqli olaraq "Atena"nın məhsulları ozünda təzə və təbii südün bütün faydalı xassələrini saxlayır.
Və bunun üçün "Atena" süd zavodunun özünə məxsus "Atena" ferması var. 
Şirkət öz reklamlarında onu da qeyd edir ki, guya şirkətin Ağcabədi rayonunda heyvandarlıq ferması var, orada  Almaniyadan gətirilmiş inəklər saxlanılır. 
Guya inəklər orada səhər-axşam sağılır. 
Vallah inanan  daşa dönsün. 
Ölkənin az qala  yas məclislərinə, şənliklərinə yol tapan  ATENA qatıqlarını, dovğalarını  təmiz südlə təmin etmək üçün  100 min baş inək də bəs  etməz. 
Görünür  ATENA  rəhbərliyi  inəklərə hansısa dərman verib  inəkləri gündə 3-4 dəfə sağır. 
Yəni doğrudan da gülməlidir ki, Ağcabədidə saxlanan inəklər  böyük bir şirkəti təmiz  südlə  təmin etsin.
Bu heç cürə mümkün olan hal deyil. 
Şirkət deyir ki, guya  Atena fermasında süd sağılandan sonra son məhsul çəninə qədər ona insan əli dəymir. 
Birincisi, yuxarıda qeyd etdiyimiz  kimi, ATENA şirkəti nə qədər də desə, özünü gecə-gündüz reklam etsə də, şirkəti təmiz, təbii südlə təmin etmək mükün deyil. 
Deməli,  istehsalda  süni süd tozundan, əlavə qatqılardan istifadə edilir. 
İnamırsınızsa, buyurun tanış olun. 
Bəli, istifadəçilər deyir ki, "ATENA" süd məhsullarının istehsalında İNSAN SAĞLAMLIĞI  ÜÇÜN TƏHLÜKƏLİ OLAN  MADDƏLƏRDƏN  istifadə olunur. 
Bu barədə iddialar "Atena" məhsullarından bir neçə dəfə zəhərlənmə faktlarından sonra meydana gəlib.
Bununla bağlı ortada  ciddi  araşdırma materialları da var. 
Məsələn,  "Bizim market" mağazalar şəbəkəsindən aldıqları 0 faizli südü istifadə edərkən tərkibinin tamamilə dəyişdiyinin, qatıq halını aldığının dəfələrlə alıcılar şahid olublar. 
Südün üzərindəki  saxlanma müddəti və digər göstəricilərdə də  dürüstlük yoxdur. 
Bu məsələlərə aydınlıq gətirən   Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  deyir ki, bütün bunlar südə kimyəvi qatqıların vurulması nəticəsində baş verir. 

Ay “Atena”  rəhbərliyi, bəs deyirdiniz, inəyin məməsindən süzülən təbii süddən  qatıq, süd hazırlayırıq..?
Bəlkə inəyin məməsində kimyəvi maddələr var ? 
Siz  cəmiyyətə qatıq, süd, yəni AĞARTI istehsal etdiyinizi bəyan edirsiniz. Amma sizin  istehsal etdiyiniz  qatığın, südün rəngi nəsə QARALTI olur. 
İndi özünüz nəticə çıxardın.
Bizim nə "Atena" rəhbərliyilə, nə də şirkətlə heç bir qəsdi qərəzliyimiz yoxdur. Əgər 18.11.2021-ci ildə Abşeron rayonunun Masazır qəsəbəsində "Atena"nın ayranını alıb içməsəydim, ayranın qapağındakı qara ləkələrini görməzdim.
P.S Qarşı tərəfə cavab haqqı tanıyırıq.(https://gundelik-baku.com/)












Xəbəri paylaş

6208 dəfə oxunub.

Digər xəbərlər
15-02-2019, 12:58 Əmrah artıq oxumayacaq

bütün xəbərlər
____ Instagram ___