Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nizami rayonunda Şəhidlər Xiyabanının yenidənqurmadan sonra açılışı olub - Zəfər Günü qeyd olunub - FOTO
Tarix: 10-11-2021 | Saat: 21:09
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Noyabrın 8-də Nizami rayonu, Keşlə qəsəbəsində Şəhidlər Xiyabanının əsaslı təmirdən sonra açılışı olub və  Xiyabanda Zəfər günü qeyd edilib. 

Missiya Media Qrupu və Yeni Azərbaycan Partiyası Nizani rayon Təşkilatının birgə dəstəyi ilə  həyata keçirilən yenidənqurma və abadlıq işləri çərçivəsində Xiyabanın girişində Zəfər Gününün əzəmətinə uyğun olaraq yeni arka tikilib, böyük ölçüdə qapılar qoyulub, Xiyabandakı abidə üzərində diqqətçəkən kompozisiya yaradılıb, səkilər yenilənib, şəhid məzarlarının ətrafı Azərbaycan bayraqları ilə bəzədilib.

Qeyd edək ki, yenidənqurma və abadlıq işləri Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədovun bilavasitə nəzarəti altında həyata keçirilib. Layihə üzrə işlərə xüsusi dizaynerlər də cəlb olunub.

Şəhidlər Xiyabanında Zəfər Günü ilə bağlı  keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib.

Sonra Nizami rayonundan olan Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş video-çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, Rasim Musabəyov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov, həmçinin şəhid ailələri, qazilər, müharibə iştirakçıları bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində qısa zamanda - 44 gün ərzində möhtəşəm Zəfər qazanılıb. 

Qeyd olunub ki, Dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Vurğulanıb ki, Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs salıb və şəhidlərimiz, qazilərimiz qanı, canı bahasına Azərbaycan torpaqlarını yağı düşməndən təmizləyib.

Şəhid ailələri, qazilər bir daha onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Sonda şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb, dualar oxunub.










Xəbəri paylaş

8558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___