Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Optimal Electronics"dən NARAZILIQLAR DAVAM EDİR... - "Xiaomi Poco X3 Pro" aldı, peşman oldu
Tarix: 10-11-2021 | Saat: 13:27
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər




Redaksiyamıza "Optimal Electronics" şirkəti ilə bağlı şikayət daxil olub.

Ə.Ürfan adlı universitet tələbəsi 2 sentyabr 2021-ci il tarixində "Optimal Electronics" mağazalar şəbəkəsindən "Xiaomi Poco X3 Pro" markalı telefon alıb, amma qısa müddət ərzində telefonda müxtəlif nasazlıqlar yaranmağa başlayıb.

Şikayətçi şirkətə müraciət etsə də, hələ də məsələ həllini tapmayıb.

O bildirir ki, hələ də nə telefondan, nə də verdiyi puldan bir xəbər yoxdur:

"İlk ay telefonun işləməyində heç bir problem olmadı. Növbəti ay telefonun qulaq sensorunda nasazlıq yarandı, amma sonradan özü düzəldi. Daha sonra qulaq mikrofonu xarab oldu. Şirkətə müraciet etdim, Əhmədlidəki servislərinə aparmağımı istədilər.

Mən telefonu servisə verdim, tələbə olduğumu bildirərək xahiş etdim ki, dərslərimdən geri qalmamağım üçün mənə əvəzedici telefon versinlər. Sərvisdəki xanım imtina etdi. Mən rəhbərliyə bildirmək istədiyimi dedikdə yenə etiraz etdilər. Mən də qaynar xəttə zəng edib şikayətimi onlara da bildirdim. Zəng mərkəzindən mənə geri zəng edib, rəhbərliyin əvəzedici telefon verilməsinə razı olduğunu və telefonun tezliklə veriləcəyini bildirdilər. Mən tarix soruşanda isə yenə "tezliklə" deyib söhbəti sonlandırdılar.

2 gün sonra mağazaya yaxınlaşdım, onsuz da dərslərimdən geri qaldığımı və telefondan imtina etmək istədiyimi, xarab telefonun mənə lazım olmadğını bildirdim. Qaytarma sorğusu yaratdılar, xəbər edəcəklərini söylədilər, amma hələ də nə telefondan, nə də pulumdan xəbər yoxdur, Zənglərimə cavab vermirlər, verəndə də "rəsmi servisdədir, gözləyin" deyirlər.

Aidiyyəti qurumlardan xahiş edirəm, pulumun qaytarılmasında mənə kömək etsinlər".

Məsələ ilə bağlı "Optimal Electronics"lə əlaqə saxladıq. Bizə tam məlumat verilməsə də, şikayətin aidiyyəti şöbəyə yönləndiriləcəyini bildirdilər. Onların mövqeyini dərc etməyə hazırıq.(Sonxeber.az)


Xəbəri paylaş

6988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___