Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xaçmazda 8 saylı məktəb liseyində BÖYÜK İŞLƏR ÇEVRİLİR... - İDDİA
Tarix: 04-11-2021 | Saat: 10:33
Bölmə:M / Karusel / Təhsil / Araşdırma | çapa göndər


Xaçmaz şəhərində yerləşən Z.Əliyeva adına 8 saylı məktəb liseyində az qala bütün pedaqoji kollektiv təntənəli bir maliyyə “marafonuna”başlayıblar. Azdan az çoxdan çox prinsipi əsasında təşkil edilən bu mütəşəkkil marafonun məramı və məqsədi isə olduqca müəmmalıdır. Bununla bağlı cumhuriyyet.az bildirir ki, bir müddət bundan əvvəl Hesablama palatası 2 saylı Maliyyə Hesablaşma Mərkəzində auditi yoxlamalara başlayıb.Dövlətin ən ali maliyyə nəzarəti orqanın həyata keçirtdiyi bu yoxlamalar nədənsə qeyd etdiyimiz məktəbin rəhbərliyini ciddi narahat edib.Və bu narahatçılıq öz yerini belə bir marafona verməli olub.

Etibarlı mənbənin verdiyi müəlumata görə Z.Əliyeva adına 8 saylı məktəb liseyində bu kimi hallar hər zaman olub.Dövlət bayramlarından tutmuş rayon tədbirlərinə qədər məktəbdə dəfələrlə rəhbərliyin “təşkilatşılığı” ilə keçirilən marafonlarda olduqca nəzərə çarpacaq vəsaitlər toplanılıb.Amma Hesablama palatasının kompleks audit yoxlamaları ərəfəsində baş tutan bu marafonun məqsədi olduqca müəmmalıdır.
Rayonun ən böyük təhsil müəssisəsinin Hesablama palatasının apardığı yoxlamalardan diksindirən nədir görəsən?
Xatırlatmaq istəyirəm ki,Hesablama palatası dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edən bir qrumdur. Bəs bu təhsil ocağının qeyd olunan məqamlarda olan “uyğunsuz”luğu nədən ibarərdir görəsən?
Mənbənin verdiyi məlumatlkarda praqmatik rəqəmlər öz əksini tapsada hələlik onları açıqlamaq istəmirik.Məsələ ilə bağlı təhsil nazirliyinə ünvanladığımız informasiya sorğusuna alacağımız cavabdan sonra qeyd olunan faktları ictimailəşdirəcəyik.( cumhuriyyet.az-)




Xəbəri paylaş

6148 dəfə oxunub.

Digər xəbərlər
14-02-2017, 16:48 Bavariya Alonsonu itirdi

bütün xəbərlər
____ Instagram ___