Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Misirdə azərbaycanlı səyyahın başına gətirilənlər - Video
Tarix: 16-08-2015 | Saat: 13:56
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Misirdə azərbaycanlı səyyahın başına gətirilənlər - Video


Çindən İspaniyaya qədər Asiya və Avropa qitələrini velosipedi ilə gəzən azərbaycanlı səyyah Ramil Ziyadov Misirdə saxlanılıb

Xeberaz.az -ın ans press-ə istinadən məlumatına görə, səhrada saxlanıldığını deyən Ramil Ziyadov cibində olan 400 dolların həmin şəxslər tərəfindən götürüldüyünü iddia edir. “Türk Hava yolları” (THY) aviaşirkətinə aid təyyarə ilə ötən gün Qahirədən İstanbula gedən Ziyadov başına gələnlər barədə mətbuata açıqlama verib. Azərbaycanlı səyyah onunla casus kimi rəftar olunduğunu bildirib:

“Məni casus olmaqda ittiham etdilər və Qahirəyə apardılar, bir gün nəzarətdə qaldım. Mənim üçün artıq Misir yoxdur. Səyahətə qaldığım yerdən davam edəcəyəm. Amma Misirə getməyəcəyəm.”

Azərbaycan və Türkiyə konsulluqlarından yardım ala bilmədiyini deyən Ramil Ziyadov hər iki ölkənin Misirdəki konsulluğunun fəaliyyət göstərmədiyini bildirib.

Pulu bitdiyinə görə məcburən səyahəti dayandırdığını deyən azərbaycanlı səyyah məqsədinin türk mədəniyyətini bütün dünyaya tanıtmaq olduğunu bildirib.

Xatırladaq ki, azərbaycanlı səyyah Ramil Ziyadov 2013-cü ilin may ayında velosipedi ilə dünya səyahətinə çıxıb.


Xəbəri paylaş

6138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___