Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Sumqayıt şəhəri Evdə Fərdi Təhsil Məktəbi”nin direktoru Zakir Fərəcovun adından istifadə edib dərsi 2000 manata satır - İDDİA
Tarix: 18-10-2021 | Saat: 10:08
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər

“Hər vaxtınız xeyir hörmətli sayt rəhbərliyi!

Bildirmək istəyirik ki, Sumqayıt evdə fərdi təhsil məktəbinin müəllimləri olaraq biz daha boğaza yığılmışıq. 2-ci ildir ki, məktəbimizə Sevda Əliyeva adlı bir nəfəri direktor əvəzi göndəriblər. Məktəbə ayaq basdığı gündən ancaq pul yığır. Sevda Əliyeva bizim məktəbə gələnə kimi500 manata 30 saat dərs alırdıq, bu lap ağ eləyib. 30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edir, kimin pulu var veribdərsini alır. Bizimpulumuz yoxdur, deyir sizə dərs düşmür. Deyir «mən bura elə-belə gəlməmişəm, məni bura göndəriblər, nazir kimdir mənə göstəriş verə? Mənimarxamda icra başçısı Zakir Fərəcov və təhsil şöbəsinin müdiri Arzu Alızadə durub, nə edirəm onların tapşırıyla edirəm». Sərt karantin vaxtı bizi məcbur edib işə çıxardırdı, sms götürüb məktəbə gəlib 3-4 saat qorxa-qorxaoturub gedirdik ki, birdən polis tutub cərimə edər. 2 ildir ki, stres içində yaşayırıq. Özü həkim qızının tanışları vasitəsiylə vaksin vurdurmadansaxta covid-19 pasportu alıb, bizi hədələyir ki, sentyabrın 15-ə kimi hər iki vaksini vurdurmayan işə burtaxılmayacaq. Qanını yoxlasalar inanın vaksin vurdurmadığı aşkar olacaq. Məktəbdə başqa bir neçə yaxın olan müəllimlərə də belə saxta pasport təşkil edib.Bu qadın əvvəl işlədiyi Sumqayıt 2 saylı orta məktəbdən də elə bu cür əməllərinə görə qovulub, yenə dərs çıxarmayıb, direktor imtahanından keçə bilməyən adamı bizərəhbər qoyublar, gələn gündən pul, pul deyir. Diaqnostikdən 6 bal yığana dərs verir, 40 bal yığana vermir, deyir pul verməsən dərs yoxdur, mən yuxarı haqq verirəm, şəhərdə abadlıq işləri görülür, şəhərin şəhid və qazi ailələrinə yardım edirik. halbuki yalan deyir, Prezident ildə neçə dəfə Sumqayıtın abadlğına pul ayırır, şəhid və qazi ailələrinə də YAŞAT fondu qayğı göstərir. Sevda Əliyeva dərsləri satıb pulunu Arzu Alızadə ilə bölür. Bizdən pul yığıb saytlara, jurnallara verib özü barədə tərif yazıları yazdırır. Sonra da bizə deyir ki, hər sayta ayda 200 manat verirəm ki, məktəbə dəyməsinlər. Sevda Əliyeva2 il direktor olduğu vaxtda bir dəfə də dərs keçməyib, məktəbdə oturub ancaq valideynlərə zəng edibdeyib ki, «filan müəllimədən imtina edin, yoxsa uşağınız gələn il tibbikomissiyadan keçməyəcək». Tibbi pedaqoji komissiyanın müdiri ilə əlbur olub dediyi ilə razılaşmayan valideynləri də incidir, uşaqlarını məktəbdən uzaqlaşdırmaqla hədələyir.Bu cür yollarladərsləri müəllimlərdən alıb əvəzetməyə çıxarıbpulunu özünə götürür. Sevda Əliyeva bu 2 ildə o qədər qanun pozuntusu edib ki, artıq boğaza yığılmışıq və nə edəcəyimizi bilmirik. İş o yerə çatıb ki, məktəbin savadlı müəllimləri qıraqda qalıb başqa məktəblərin müəllimələrini çağırır ki gəlin pul verin dərs verim. Bazar günü məktəblər bağlıdır, Sevda Əliyeva dərs bölgüsü eliyir, biz haqsızlığaetiraz edəndə də özünə nəsə edibqanını üstümüzə tökəcəyini deyir. Çox xahiş edirik, məktəbimizə elə öz kollektivimizdən Elnurə müəllimə direktor əvəzitəyin olunsun, məktəbin işini dəo aparırır, özü də ədalətli insandır. Biz Sevda Əliyevanı istəmirik.”
7NEWS.az


Xəbəri paylaş

7318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___