Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yevlax Təhsilini əxlaqsızlıq yuvasına çevirənlər və onlara himayədarlıq edənlər kimlərdir?
Tarix: 07-10-2021 | Saat: 16:14
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər


Azərbaycanda təhsil sferasının rüsvayçı vəziyyətdə olması millətimizin faciəsidir.
Məktəblərdə rüşvətin olması artıq arxa plana keçib. Hər gün oxuyuruq ki, filan məktəbdə müəllim şagirdinə təcavüz edib, məktəb direktoru öz qadın müavinini zorlayıb, filan rayonda təhsil şöbəsinin müdiri eyş-işrətlə məşğul olur və s. Bir sözlə, təhsilimizlə bağlı şikayətlər bitmək bilmir.
Bu günlərdə KanalS.az-ın elektron poçtuna olduqca maraqlı müraciət daxil olub. Aran rayonu olmasına baxmayaraq Azərbaycana xeyli ziyalı bəxş edən Yevlax rayonundan gələn bu müraciət sözün həqiqi mənasında adamı düşünməyə vadar edir. Sövetlər dövründə yüksək intellektual şəxslər yetişdirən bu rayonda indi təhsilin olduqca aşağı səviyyədə olması ürək ağrıdır.
Məsələ isə hər kəsi dəhşətə gətirəcək.
“Yevlaxda 61 yaşlı “müəllimə”-nin əxlaqsız görüntüləri yayıldı”
Məlumata görə, həmin əxlaqsız “müəllimə” Yevlax rayonu Qaraməmmədli kənd orta məktəbinin 61 yaşlı fizika müəlliməsidir.
Yevlax Təhsil Şöbəsinə zəng edib, məsələ ilə bağlı məlumat əldə etməyə çalışdıq. Təhsil Şöbəsinin məsul şəxsləri məsələdən xəbərdar olduqlarını və bu barədə ciddi tədbir görəcəklərini bildirsələrdə, hələ indiyədək heç bir tədbir görülmədiyinin şahidi olduq. Yalnız “sonuncu dəfə xəbardarlıq edilməklə, şiddətli töhmət verilməsindən” başqa…
Faktla bağlı Təhsil Nazirlirliyinin mətbuat xidmətinə sorğu ünvanlasaq da “müəllimə”yə “gözünün üstündə qaşın var” deyən yoxdur.
Hansısa bir rayonda məktəbin direktoru  məzuniyyət vaxtı avtobus sürdüyünə görə də töhmət verilsin, əxlaqsızlıq nümayiş etdirən “müəllimə” də???
Bu necə qərardır? Bu qərarı verənlər hansı ağılın, hansı dərrakənin sahibləridir?
Özlərinin (Təhsil Şöbəsinin) də dedikləri kimi, MÜƏLLİM adına ləkədir axı. Qeyd edilən fakta görə “məhşur” işdən azad edilməli idi. Gələcəyimiz olan körpələr həmin “məhşur”dan nə öyrənəcəklər? Əxaqsızlığımı????
Görünən dağa nə bələdçi… Çünki rayon Təhsil Şöbəsi və Təhsil Nazirliyi “məhşur”u vəzifəsində saxlamaqda rayon Təhsilini nə qədər aşağı səviyyədə olduğunu nümayiş etdirdi.
Ümid edirik ki, Təhsil Naziri cənab Emin Əmrullayev məsələ ilə bağlı Yevlax rayon Təhsil Şöbəsinin rəhbərliyini ciddi cəzalandıracaq.
Etik qaydalara uyğun olmadığı üçün həmin 18+ fotoları paylaşmırıq.
Mövzuya yenidən qayıdacağıq…
KanalS.az





Xəbəri paylaş

6858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___