Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Məktəblərdə yayılan korona deyil, başqa infeksiyalardır” - Diqqət, TƏHLÜKƏ!!!
Tarix: 02-10-2021 | Saat: 12:07
Bölmə:M / Karusel / Gündəm / Səhiyyə | çapa göndər


Koronavirusa yoluxma sayında və ölüm sayında azalmalar var. Belə ki, yazını hazırladığımız zaman açıqlanan statistik məlumata görə, ölkədə 774 nəfər COVID-19-a yoluxub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Artıq orta məktəblərin açılmasından da 10 gün keçir. Bu, təxminən virusun inkubasiya dövrünə bərabər müddətdir. Odur ki, əyani tədrisin açılmasının yoluxma dinamikasına konkret təsirindən danışmaq olar. Yoluxma göstəriciləri nə deyir, əyani tədrisin hansısa real təsiri varmı, yoxsa fərq eləmir?

Bu arada Tiflis Yoluxucu Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib ki, tezliklə xaricdən Gürcüstan xəstəxanalarına COVİD xəstələrinin vəziyyətinin ağırlaşma riskini ciddi şəkildə azaldan ən yeni 2 dərman preparatı daxil olacaq: “İki yeni dərman alacağıq. Biri ”Barisitinib", digəri monoklonal antitellərdir. Hər ikisi də koronavirusun müalicəsində ən yeniləridir və bu günün ən perspektivli dərmanları hesab olunur". Azərbaycanda bu preparatlar və ya onları əvəz edən varmı?

Mövzu ilə bağlı ekspertlərin fikrini öyrəndik.

Həkim-infeksionist Nicat Əzimli “Yeni Müsavat”a bildirdi ki, “Barisitinib” və monoklonal antitellər - bunlar xəstəliyin ilk etaplarında çox effektiv olur. 70-71 faiz sağalma ilə nəticələnən preparatlardır. Amma istehsalı baha qiymətə başa gəlir, yəni istehsalı və əhaliyə geniş şəkildə tətbiq olunması maddi cəhətdən çətinlik yarada bilən dərmanlardı. Amerikada ilk dəfə olaraq bu dərmanlarla müalicəyə başlanılıb. Orada bunların qiyməti olduqca bahadır. Lakin “Remdesivir” xəstəliyin daha ağır formalarında, nisbətən orta ağır və yüngül, amma riskli xəstələrdə isə dediyimiz bu monoklonal antitellər çox yaxşı effekt verir".

N.Əzimli onu da əlavə edib ki, pandemiyanın ilkin etaplarında bildirilirdi ki, uşaqlar arasında yoluxma daha sürətlə gedir və uşaqların yoluxduruculuq qabiliyyəti, COVİD -19-u digərlərinə ötürmə xüsusiyyəti daha yüksəkdir. Lakin son dövrlərdə araşdırmalar göstərir ki, bu doğru deyil. Elə uşaqlar da böyüklərdən fərqlənmir. Azyaşlılar da eynilə böyüklər qədər xəstəliyi digər şəxslərə ötürür. Amma uşaqlarla bağlı risk təşkil edən məqam odur ki, uşaqlarda vaksinasiya hələ genişmiqyaslı tətbiq olunmayıb. Ona görə də Azərbaycanda uşaqlar arasında yoluxmanın baş vermə ehtimalı böyüklərə nisbətən bu səbəbdən daha çoxdur. Bunu nəzərə alaraq uşaqlar arasında məktəblərdə əyani təhsil başlanandan sonra xəstəlik hallarının çoxalması ehtimalı var.

Ancaq indiki rəqəmlərə baxdıqda biz bunu hələ ki görmürük. Ümid etmək olar ki, bu baş verməz. Çünki təkcə vaksinasiya deyil, eləcə də xəstələnmə halları insanlarda immunitet formalaşdırır, yəni təbii immunitet. Öncəki dalğalarda uşaqlar arasında da yoluxmalar baş verdiyinə görə onların orqanizmdə də artıq immunitet formalaşıb. Onlar yoluxma zəncirini qırır, ümid etmək olar ki, bu təbii immunitet məktəblərin açılmasından sonra yoluxma səviyyəsinin artmasına çox böyük təsir göstərməz".

İnfeksionist-hepatoloq Mərdan Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Koronavirusun inkubasiya dövrü çoxdan keçib. İnkubasiya dövrü koronavirusun ”Delta" ştammında 2-3 gündür. Hazırda yoluxma sayında artım müşahidə edilmir. Amma uşaqlarda kəskin respirator virus infeksiyalarının sayında artım var. Məktəbə getməklə əlaqədar olaraq uşaqlarda yoluxma sayı artıb. Amma bu çox böyük ehtimalla koronavirus deyil, sadəcə olaraq mövsümü virus infeksiyalarıdır, qrip kimi. Uşaqlarda hal-hazırda xəstələnmə müşahidə edilir. Təbii ki, məktəbdə bir uşaqda xəstəlik varsa, digərləri də yoluxur. Əslində yaxşı olar ki, uşaqda xəstəlik hiss eləyən valideyn onu məktəbə buraxmasın. Amma bu da bəzi hallarda mümkün olmur və bəzən inkubasiya dövründə də yoluxma müşahidə edilir. Bəzən yüngül xəstə olan uşaqları da valideynlər məktəbə buraxır və bu da digər uşaqların xəstələnməsinə səbəb olur. Hazırda uşaqlarda xəstələnmə sayı artıb".

İnfeksionist COVİD xəstələrinin vəziyyətinin ağırlaşma riskini ciddi şəkildə azaldan ən yeni 2 dərman preparatı barədə də fikir bildirib: “Bu monoklonal antitellər əvvəldən də istifadə olunurdu. Sadəcə olaraq onun qiyməti çox bahadır deyə, hər adam üçün tətbiq etmək mümkün deyil. Bu xəstəliyin ilkin mərhələsində yaxşı təsir göstərir. Yadınıza gəlirsə, keçmiş ABŞ prezidenti Tramp xəstələnəndə ona da monoklonal antitellər vurulmuşdu. Amma digər dərman vasitəsi olan ”Barisitinib" iltihab əleyhinə təsir göstərir və təxmin olunur ki, bu ağciyərdə iltihabın qarşısını ala bilər. Təbii ki, xəstəliyin nə qədər erkən mərhələsində istifadə olunsa o qədər yaxşıdır. Amma bununla bağlı kifayət qədər sübutlar, araşdırmalar yoxdur. Birbaşa virus əleyhinə təsiri yoxdur. Sadəcə olaraq ağciyərdə iltihabın qarşısını müəyyən qədər ala bilər. Bu da təxmin olunur. Çünki iltihab əleyhinə dərman preparatıdır".

Onu da qeyd edək ki, hazırda vaksinasiya ilə mübarizədə yeganə üsul vaksinasiya hesab olunur. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 676 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 517, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 159 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 554 628, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 762 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 792 396 təşkil edir.
“Yeni Müsavat”



938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___