Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Veysəloğlu”nun OBA-sından bitib tükənməyən ŞİKAYƏTLƏR- AQTA,Vergi Xidməti niyə OBANI yoxlamır ?
Tarix: 02-10-2021 | Saat: 12:03
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər


“Veysəloğlu”nun OBA-sından bitib tükənməyən ŞİKAYƏTLƏR- AQTA,Vergi Xidməti niyə OBANI yoxlamır ?


“Veysəloğlu”nun  OBA-sı…
Dədən sənə  AYDIN adı qoya bilər, gərək sənin əməllərin də  AYDIN olsun…
Veysəlinoğlu, kağız və sellafon  qablarla hər gün, hər ay, hər il MİLLƏTƏ neçə TON atırsan ? 

Sözün düzü, “Veysəloğlu”  şirkətlər  qrupunun sahibi Aydın Talıbovun hansı eldən, hansı OBA-dan olmasını bilmirik.
Birincisi, bizim üçün kimin haradan, hansı yurddan, hansı obadan olmasının heç bir əhəmiyyəti yoxdur. 
Çünki bizim üçün Ulu Öndər  Heydər Əliyevin dediyi  kimi, Vahid Azərbaycan, azərbaycançılıq var. 
Şuşa uğrunda şir kimi döyüşən oğulların hansı bölgədən olmasının  fərqi  varmı ? 
Sağ olsun, Aydın Talıbov da özünün şirkətinə OBA adı qoyub. 
Amma AD qoymaqla məsələ bitmir, gərək o AD-ın arxasında dayana biləsən. 
Dədən sənə  AYDIN adı qoya bilər, gərək sənin əməllərin də AYDIN olsun. 
İndi görək, sənin əməllərin aydındırmı ? 
Lap yaxın zamanda, haradasa bu günlərdə ““OBA Market”in filial administratorunun cinayət işi məhkəməyə göndərildi”  başlıq  xəbər oxuduq. 
Xəbərdən bəlli olur ki, Veysəloğlu öz işçisinə qarşı cinayət işi qaldırıb. Səbəb odur ki, guya filial müdiri 9 min manat pulu mənimsəyib. 
Çox gözəl, Veysəlinoğlu ! 
Əgər atıbsa, cəzasını almalıdır. 
Amma sən özün millətə  nə qədər atmısan ?
“Oba” marketlər şəbəkəsindəki pintilik, toz-torpaq basmış rəflər, vitrindəki qiymətlərlə kassadakı qiymətlərin fərqi, pandemiya dövründə kassalardakı basabas, “Ulduz” şokoladının içindən çxan qurd, balıq məhsullarının vaxtının keçməsi və s belə neqativ halları sadalamaqla qurtaran deyil.  
Veysəloğlu, sən 5-10 manata görə, öz işçini məhkəməyə verirsən və pulunu tələb edirsən, bəs millətə atdığın pullardan niyə danışmırsan ? 
Veysəlinoğlu, sənə bir sualımız var. 
Hər gün  “tara” adl ilə,  yəni ərzaq məhsullarının çəkildiyi kağız və sellafonlardan millətə  NEÇƏ KİLO atırsan ? 
Elə bilirsən camaat çörəyi qulağının dibinə yeyir ? 
Bunu gündəlik, aylıq və illik hesablasaq bilirsən neçə 100 TON edir ? 
Özün də öz müsahibəndə deyirsən ki, riyaziyyatçı olmaq istəyirdim. Buyur hesabla…
Deyirsən, cəmiyyətə faydalı olmaq istəyirəm. Lap gözəl. 
Külli miqdarda vergidən yayınmaq, şokoladdan qurd çıxmaq, səncə, cəmiyyətə faydalı olmaqdır ? 
Qiymətləri süni yolla 30-40 faiz qaldırırsan. Bu cəmiyyətə faydalı olmaqdır? 
Sahibi olduğun “Ulduz” şokolad  fabrikinin məhsullarının içindən qurd çıxır. Bu millətə faydalı olmaqdır..? 
Veysəlinoğlu, gör sən nə qədər  dövlət büdcəsinə atmısan ki, Dövlət Vergi Xidməti Veysəloğlu Şirkətlər Qrupuna nə az, nə çox – 2 milyon manat maliyyə sanksiyası tətbiq edib. 
Digər  filiallarında satılmayan, vaxtı keçmiş məhsulları UCUZ adı altında OBA-ya doldurursan, kasıb təbəqəyə sırıyırsan. 
Bunun adı nədir, Veysəlinoğlu ? 
Bəlkə, millətə və dövlətə xidmət ? 
Özün deyirsən ki, 17 min işçimiz var. Əmək Müfəttişliyi niyə yoxlamır ki, neçə işçi ilə qanuni əmək müqaviləsi var? 
Niyə AQTA-nın şefi Qoşqar Təhməzli marketlərinizdə satılan  malların keyfiyyətinə nəzarət etmir ? 
Suallar çoxdur, Veysəloğlu. 
Zamanı gələndə  bu suallar sənə veriləcək. İndidən hazır ol.
P.S Dilinən dedik eşitmədiz, sözlə başa saldıq başa düşmək istəmədiz, bundan sonra vaxtı keçmiş malları satanın sülaləsinə salam olsun.(https://gundelik-baku.com/)














3578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___