Bu gün Azərbaycanda "Əsrin müqaviləsi"nin 27-ci ili və Neftçilər günü qeyd olunur.
Xeberaz.az xəbər verir ki, hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı günüdür. Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.
Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya və Səudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti (BP, SOCAR, “Amoco”, “McDermott”, “Unocal”, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “Itochu”, “Ramco”, “Delta”) arasında müqavilənin imzalanması ilə bağlıdır. Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.
“AÇG” yatağı altı hasilat platformasından - “Çıraq-1”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və ən müasir texnologiyalarla təchiz edilmiş iki texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir.
Üç il əvvəl isə Azərbaycanın neft sənayesi üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Yeni saziş Azərbaycan Prezidenti İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin - SOCAR, “BP”, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” nümayəndələri tərəfindən imzalanıb.
Bu gün Azərbaycanda Neftçilər günüdür - "Əsrin müqaviləsi"nin 27-ci ili
Tarix: 20-09-2021 | Saat: 11:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
5448 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-09-2021 | Saat: 11:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
11-06-2023, 10:34
Yayın ən güclü MAQNİT QASIRĞASI gəlir... - VİDEO
5-07-2015, 20:13
Rus şəhərinə gözlənilməz qar yağdı (VİDEO)
26-04-2016, 16:47
Qlobal Forumun Bakı bəyannaməsi qəbul edildi
19-12-2015, 12:18
Körpüdən yerə çırpıldı - parça-parça oldu - VİDEO
23-04-2015, 19:52
1 Aprel “Aldatma günü”, həm də “Gülüş günü” kimi qeyd olunur.
29-08-2015, 10:29
O qədər kiçik idi ki (Foto)
19-09-2016, 14:28
Naftalandakı oteli əxlaqsızlıq yuvasına çeviriblər
28-12-2021, 08:27
Elza Seyidcahan cüdoçu sevgilisindən danışdı:"O vaxt elçi gəlsəydi uça-uça gedərdim" - VİDEO
7-04-2015, 20:25
Xızıda inzibati binada yanğın baş verib.
15-03-2016, 11:32
Alt paltarında narkotik keçirmək istədilər