ABŞERONDA BAŞÇI VƏZİFƏLƏRİ QOHUMLARI ARASINDA BELƏ BÖLÜB – SİYAHI
Tarix: 14-09-2021 | Saat: 10:46
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər
Abşeron rayon icra başçısı İradə Gülməmmədova bütün vəzifələri qohum-əqrəbasına pay-püş edib. Xanım icra başçısı rayonda elə bir idarə qoymayıb ki, ailə podratından kənar olsun.
Hətta Abşeron Təmizlik idarəsinin müdiri də icra başçısının həyat yoldaşı Yolçu bəyin bibisi oğlu Mübarizdir.
Amma Abşeron rayonund təmizlikdən əsər-əlamət yoxdur. Başçının əri və bibisi oğlu İdarənin pullarını həzm-rabedən keçirməklə yaxşı gəlir mənbəyi əldə ediblər.
Rayonun inzibati mərkəzi sayılan Xırdalan şəhərində isə hökmranlıq Mübarizlə yanaşı Yolçunun digər qohumu olan Rafiqin əlindədir. Bu şəbəkəyə Qəhrəman adlı şəxs də daxildir.
O, Mənzil Kommunal İstismar Sahəsinin rəisi olub. Amma idarədə o qədər yeyinti olub ki, izi itirmək üçün ləğv olunub. İcra başçısı əvəzinə müxtəlif törəmə qurumlar yaradıb.
Həmin Qəhrəman icra başçısı ilə şərti şumda kəsib: deyib ki, maxinasiyalara görə həbsə gedən İH məmurlarının aqibətini yaşamaq istəmir.
Ona görə İ.Gülməmmədova bacısı oğlu Babək Zalovla baş memar Akif Əliyevin talyi təkrarlanmasın deyə həmin qurumu ləğv edərək törəmə şirkətlər təsis edib. Hazırda Qəhrəman rayonda təmizlik işlərinə nəzarət edir. Müavini isə icra başçısının qardaşı Rövşən Quliyevin oğlu Rauf Quliyevdir.
Bundan əlavə, İ.Gülməmmədova rayonda uşaq bağçaları üzrə “kurator” Afət xanımı təyin edib. İddialara görə, Afət xanım uşaq bağçalarından yığılan pulları, satılan ərzaqların pulunu Abşeron İH-nə çatdırır.
Çox maraqlıdır ki, barəsində bu qədər ittihamlara, yaxın çevrəsinin korrupsiya ilə həbs edilməsinə baxmayaraq, Abşeronun icra başçısı nə vəzifəsindən azad edilir, nə araşdırma aparılır. Onun biznesi, obyektləri, fərdi ev tikintisi üçün rüşvət istəməsi, qohumlarının vəzifələrə yerləşdirməsi, rayonu bərbad günə qoyması, yeyintiləri haqda dəfələrlə konkret faktlar tirajlanıb. Ən əsası baş memar və bacısı oğlu həbs edilib, lakin Gülməmmədovadan hansı təlimatları verdiyi sorğu-sual olunmur.
TİA.Az
Xəbəri paylaş
4408 dəfə oxunub.
Digər xəbərlər

2-08-2019, 12:32
Bakıda lombarda basqın oldu - FOTO
21-08-2017, 15:27
Azərbaycanda quduzluğa qarşı yeni sənəd hazırlanır
29-07-2015, 13:15
“Qarabağ” bu gün “Seltik”in qonağıdır- Canlı yayımlanacaq
31-05-2016, 12:49
İlham Əliyev Britaniya səfiri ilə görüşdü
18-04-2021, 12:20
Ağdamda qoyun otaran şəxs minaya DÜŞDÜ
4-05-2016, 23:57
Qarabağda status-kvo mümkün deyil - Zolyan
7-05-2015, 16:23
Nazir: İyul ayında daha 120 nəfər əlilə “Naz-Lifan” veriləcək
14-05-2016, 14:54
Prokuror-kriminalist öldü
5-10-2020, 14:07
Ermənilər tərəfdə döyüşən PKK-çıların çoxu məhv edilib