Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DEPUTAT AĞSAQQAL MÜƏLLİMİNİN ŞƏRƏFİNƏ QONAQLIQ VERDİ, YEYİB-İÇİB KEFLƏNDİ… - Üstəlik, rayonun axundunu da içki məclininin başında oturtdu - FOTO
Tarix: 10-09-2021 | Saat: 12:09
Bölmə:M / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

DEPUTAT AĞSAQQAL MÜƏLLİMİNİN ŞƏRƏFİNƏ QONAQLIQ VERDİ, YEYİB-İÇİB KEFLƏNDİ… - Üstəlik, rayonun axundunu da içki məclininin başında oturtdu - FOTO




Goranboydan deputat seçilən Anar Məmmədov rayon ağsaqqallarının fəal üzvlərindən olan Nurəddin Həsənovun doğum gününü qeyd edib.

Anar Məmmədov sentyabrın 5-də bu haqda özünün Facebook səhifəsində status da paylaşıb:
“Şəkildə gördüyünüz şəxs Goranboy rayon sakini, rayon ağsaqqallarının fəal üzvlərindən biri Həsənov Nurəddin müəllimdir.
Həsənov Nurəddin Məmməd oğlu 1954-cü il sentyabrın 2-də anadan olub.  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub, uzun illər idman müəllimi kimi fəaliyyət göstərib.
Çox qürurvericidir ki, Nurəddin müəllimin dünya çempionu olan tələbələri var.
Dünən Goranboy rayonunda Nurəddin müəllim və bir qrup ağsaqqalımızla birlikdə hörmətli müəllimimizin doğum gününü birlikdə qeyd etdik.
Nurəddin müəllimə Uca Tanrıdan sağlam və möhkəm cansağlığı arzuladıq.
Tanrı Sizi və Sizin kimi ağsaqqallarımızı böyüklükdən əskik etməsin!”.

Əlbəttə, deputatın hansısa ağsaqqal seçicisinin doğum gününü qeyd etməsi, ona bahalı telefon hədiyyə etməsi qeyri-adi hadisə deyil. Lakin onun pandemiya dönəmində 20 nəfərdən çox sakinin iştirak etdiyi içki məclində əməlli-başlı keflənməsi, qonaqlarla qol-boyun olması, üstəlik rayonun axundunun da masanın başında əyləşməsi heç də normal qəbul ediləcək hal deyil. Digər tərəfdən, güman edirik ki, kafe-restoranlarda Covid-19 əleyhin vaksini olmayan insanların “ovuna” çıxan polislərimiz sözügedən məclisdə iştirak edən şəxsləri də yoxlamdan keçiriblər. Yox, əgər ölkədə koronavirusa yoluxanların sayının sürətlə artdığı bir vaxtda deputatın içki məclisində iştirak edənlər nəzarətsiz qalıbsa, Anar Məmmədovun bir müddət Milli Məclisə getməməsi məsləhətdir. Nə qədər olmasa da, qanunverici orqanda koronavirusun yayılmasını bur cür önləmək olar…
Məsələnin digər maraqlı tərəfi isə odur ki, bu günə qədər Goranboydan təkcə “Hürriyyət” qəzetinə hər ay onlarla şikayət daxil olsa da, deputat Anar Məmmədov nə bir dəfə də olsun həmin şikayətçilərlə görüşüb, nə də hansı seçicisinin problemini öz Facebook səhifəsində işıqlandırıb. Buradan belə anlaşılır ki, deputatın ad gününü qeyd etdiyi ağsaqqal müəllim ya onun qohumudur, ya da seçkidə ciddi aktivlik göstərdiyi üçün A.Məmmədov tərəfindən xüsusi diqqətə layiq görülüb.



2378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___