Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İcra başçısının qardaşıdır, kapital toplayır” - NARAZILIQ!
Tarix: 16-08-2021 | Saat: 18:22
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Ucar rayonu Bərgüşad kənd sakinləri tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, 2000 nəfərdən çox kənd sakini susuzluqdan əziyyət çəkir, təsərrüfatları susuzluqdan məhv olub, əkin sahələrinə səpilən toxumlar yanıb, ağaclar tamamilə quruyub, heyvanlar xəstəlik tapıb.
“Əkinlərimizi suvarmaq üçün kəndimizin yaxınlığından keçən suyun mənbəyi olan kanalda su bol olsa da, bizə verilmir. Çünki Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov suyu çəltik sahələrinə satır. Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov icra başçısı Mənsur Məmmədovun qardaşıdır. Onun isə marağı kapital toplamaqdır”,- deyə məktubda bildirilir.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Ucar Suvarma Sistemləri İdarəsinin keçmiş baş mühəndisi, təmir-tikinti üzrə sahə rəisi Məmmədov Nizami Akif oğlu bildirib ki, havaların quraq keçməsi ilə əlaqədar olaraq vəziyyət hədsiz dərəcədə gərgindir.

“Bu gün Göyçay çayında suyun səviyyəsi tamamilə düşüb və yox dərəcəsindədir. Göyçay çayına su baş Şirvan kanalından verilir. Orada da bir həftədən çoxdur ki, suyun səviyyəsi normadan aşağı düşüb. Bununla əlaqədar olaraq müəyyən problemlər yaşanır. Bizim limitə uyğun su qəbul olunmur.

Hamının tələbi birdir. Bu da sudur. Biri yonca sahəsini, bağını, taxıl sahəsini suvarmaq, digəri isə içməli su istəyir. Bu gün verilən su da həmin suvarma normasına uyğun deyil. Baş Şirvan kanalından ayrılan su bu gün əkin sahələrinin suvarılması üçün qənaətbəxş deyil. Elə sahələr var ki, oraya heç su aparıb çatdıra bilmirik. İçməli su işinə isə biz yox, “Azərsu” baxır. Biz vətəndaşları sudan qənatli istifadəyə çağırırıq”,- deyə Nizami Məmmədov bildirib.





Xəbəri paylaş

3138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___