Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda peyvənd məcburi ola bilər - VİDEO
Tarix: 16-08-2021 | Saat: 12:45
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər




"Dünyadakı tendensiyalar onu göstərir ki, bu gün artıq "yaşıl keçid" deyilən plan alternativ olaraq sərt qapanmalara qarşı istifadə olunan metodlardan biridir."

 Bu sözləri ARB24-ün "Gündəm" verilişinə açıqlamasında millət vəkili deyib.
 
O bildirib ki, ola biləcək böyük dalğa səbəbindən tam qapanmalara yaxınlaşmazdan əvvəl "yaşıl keçid" tətbiq edilməsi doğru olar:
 
"Yəni məktəblər, restoranlar, ictimai məkanlar bağlanmır, lakin şərt qoyulur ki, yalnız peyvəndi olan insanlar bu məkanlara daxil ola bilər. Bu, həm epidemioloji vəziyyətin daha da pisləşməsinin qarşısını almağa, həm iqtisadi fəallığın dayanmamasına, həm də bu günə qədər ölkələrin almış olduğu iqtisadi zədələrin minimallaşdırılmasına şərait yarada bilər.
 
Lakin unutmamaq lazımdır ki, qapanmalar hər zaman bəlli bir limitin üzərində ehtimal olunur. Hər bir dövlət belə bir qərarı verə bilər. Dünən Avropanın ən aparıcı ölkəsi olan Fransa ilə bağlı belə bir qərar verildi. Bu, bizim kimi ölkələr üçün də keçərlidir.
 
Lakin mən əminəm ki, biz 25 faizə yaxın olan tam peyvəndləməni qısa müddət ərzində 50 faizin üzərinə çıxararaq, hökümətin payız aylarına keçərkən ola biləcək böyük dalğalar qarşısında daha rahat qərar verməsi üçün imkan yaradacağıq."


Xəbəri paylaş

4818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___