Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilər bölmələrimizə qarşı təxribat törətdi
Tarix: 15-08-2021 | Saat: 10:37
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ermənilər bölmələrimizə qarşı təxribat törətdi



Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib.
Xeberaz.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 
Belə ki, axşam saat 22:14 radələrində Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib. Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər mövqelərimiz istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk ediblər.
Bölmələrimiz tərəfindən müvafiq tədbir görülüb və bu barədə Rusiya sülhməramlılarının komandanlığına məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.







Xəbəri paylaş

3168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___