Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Şeyx elə bilir ki, Azərbaycanda hər şey edə bilər, toxunulmazdır" - Partiya sədri
Tarix: 25-07-2021 | Saat: 16:23
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin ötən gün bayram namazından sonra İranın dini lideri Ayətullah Əli Xameneyi ilə bağlı verdiyi açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Allahşükür Paşazadənin mediada yayımlanan açıqlamasında deyilir: "Mən bunu bilirəm, hamısını açıqlamaq istəmirəm. Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xameneyi həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneyinin "Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.
Turan partiyasının sədri Cahandar Bayoğlu açıqlamasında bildirib ki, Şeyx elə bilir ki, Azərbaycanda hər şey edə bilər:
"Şeyxulislam Hacı Allahşükür Paşazadə Sovet dövründə Dini İşlər üzrə idarə rəisi təyin olunub. Azərbaycan müstəqillik qazanandan sonra son 30 ildə bu idarəyə rəhbərlik edib. Sovetlerin bu qurumunda ağalıq edib. 
İndi isə iş o mərhələyə gəlib ki, toxunulmaz Şeyx gerçəkdən elə bilir ki, o, Azərbaycanda hər şey edə bilər. Düşünür ki, ana yasanın üstündə olan bir adamdır. "Şeyx nə istəsə edə bilər, Şeyxə heç nə edilə bilməz" prinsipindən bu  fikir formalaşıb".  "Şeyx elə bilir ki, Azərbaycanda hər şey edə bilər, toxunulmazdır" Cahandar Bayoğlu onu da qeyd edib ki, şeyxin açıqlaması dini siyasətə gətirən bir davranışdır:
"Təbii ki, dediyim fikirlər, bu formalaşmış dünyagörüşü Şeyxin başını gicəlləndirib. Azərbaycan dövlətinə baş qaldırmağı belə özün şərəf bilib. Onun əməlləri və davranışları tamamilə din xadiminin davranışı deyil. Bu fikirlər dini siyasətə gətirən bir davranışdır. Buna görə də Azərbaycan cəmiyyətinin haqlı etirazları ortadadır. Təbii ki, Şeyxin bu addımları tək bizə yönəlməyib, bu dünya türklüyünə qarşı yönəlib, bu açıqlama ilə türk düşmənlərinin əlinə oynanılıb".


Xəbəri paylaş

3108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___