Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Niyazi Bayramovun ƏCAİB İŞ ÜSULU - Gəncədə şikayətçilər necə susdurulur...
Tarix: 21-07-2021 | Saat: 11:22
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Bir müddət əvvəl saytımızın Instagram səhifəsinə həyəcanlı bir mesaj yazılmışdı. Gəncə şəhərindən olan qadın koronavirusa yoluxmuş anasının həkim səhlənkarlığı üzündən öldüyünü qeyd edir, necə deyərlər “qanının yerdə qalmamasını” tələb edirdi. Qadınla danışıb, yazı hazırladıq. Yazı yayımlandıqdan bir gün sonra yenə həmin qadın daha çox narahatlıqla yazıb, hazırladığımız məqalənin saytdan çıxarılmasını tələb edirdi. Və deyirdi ki, “mənim iş yerimdə mənə problem olacaq, bu səbəbdən yazı silinməlidir”.
Uzun-uzun müraciətlərindən sonra yazını saytdan götürdük. Sanki bir gün əvvəl saatlarla bizə yazan, həkimlərin cəzalanmasını tələb edən qadın bu deyildi. Bir qədər kobudcasına, hətta biz ona borcluymuşuq kimi danışırdı.

Hiss olunurdu ki, Gəncə şəhərində yaşayan qohumlara, bacı-qardaşa ananın ölümünə görə təzyiq edilib. Nə isə, yazı silindi.

Bu günlərdə yolumuz yenə Gəncəyə düşmüşdü. Şəhid ailələri haqqında silsilə yazılar yazacaqdıq. Məqsədimiz Gəncə şəhidlərini tanıtmaq idi. Yenə yazdığımız yazılardan birinin silinməsi tələbi gəldi. Şəhid ailəsi yazılan yazının çıxarılması ilə yanaşı, bizi qeyri-professionallıqda günahlandırırdı. Məqalədə yer alan “İcra hakimiyyətindən bir nəfər də olsun qapımızı açmayıb” ifadəsi arzuolunan yazını arzuolunmaz yazıya çevirmişdi. Bu yazını da saytdan çıxardıq. Və belə başa düşdük ki, bizim yazıdan sonra İcra hakimiyyəti o qapını açıb, amma yardım müqabilində şərt qoyub ki, şikayətini yazan saytın üstünə hücum çək...

Problem heç bu da deyil. Sadəcə olaraq, jurnalist kimi bizim üçün çox maraqlıdır ki, Gəncədə nə baş verir? Niyə insanlar şikayətlərini dilə gətirən kimi təzyiqlə üzləşir? Əgər belə olmasaydı, şikayətinin saytda işıqlandırılması üçün yalvaran qadın və digərləri ciddi cəhdlə silinməsini tələb etməzdi. Niyə Gəncə İcra Hakimiyyətinin nümayəndələri həmin yazılarla bağlı bizə deyil, şikayətçilərə müraciət edib susdurmağa çalışır? Bəlkə qaydalara uyğun olaraq, redaksiyamıza müraciət edib məsələlərə aydınlıq gətiriləydi. Baş verən hadisələri nə zamana kimi ört-basdır etmək olar ki? Bir neçə il əvvəl baş verən Gəncə hadisələri də məhz belə ört-basdır əməllərinin nəticəsi deyildimi?

Hesab edirik ki, Gəncədə baş verən hadisələr, Gəncə İcra Hakimiyyətinin etməli olub da etmədiyi, göz yumduğu, “unutduğu” hər şey cəmiyyətə açıq olmalıdır. Və şikayətçi şəxslər də anlamalıdır ki, saytlar onların məqsədlərinə çatmaq üçün yaradılmayıb. “Mənim səsimi heç kim eşitmir, bir sayta müraciət edim, sonra yazını sildirərəm” fikri ilə heç bir sayta müraciət etməyin. Nəticədə biz sizin şikayətçi olduğunuz qurumlardan, şəxslərdən fərqli olaraq ciddi şəkildə çalışırıq. Və hər bir yazıya zaman, enerji sərf edirik. Qorxularınız varsa, məqsədlərinizdə qərarlı deyilsinizsə, şikayətinizi dilə gətirməyə də heç zəhmət çəkməyin. Hər hansı bir problemlə bağlı müraciət etməmişdən əvvəl qarşılaşa biləcəyiniz halları, təzyiqləri öncədən düşünün. Qərəzli və ya yalan məlumat verməyin. Qısacası məqsədləriniz üçün sizlər üçün çalışan, "vuruşan" insanları təxribat alətinə çevirməyin.

Dövlət qurumlarına gəldikdə isə, siz sizə müraciət edən insanların şikayətlərini dinləyib, problemlərini həll etməyə çalışsanız, əmin olun ki, adınız heç bir KİV-də mənfi fonda hallandırılmaz. Sizi həmin vəzifələrə vətəndaşların problemlərini həll etmək, şəffaf işləmək üçün təyin ediblər, öz maddi maraqlarınızı təmin etmək üçün deyil.
Bizimyol.info


Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
28-09-2016, 20:05 Üzən Bakı... +Video
7-06-2018, 10:37 Teymur Əmraha ağır itki

bütün xəbərlər
____ Instagram ___