Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Ermənilər müharibə haqqında düşünür, biz də hazırlaşmalıyıq” - Başqa yolu YOXDUR!
Tarix: 15-07-2021 | Saat: 10:56
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər


Ermənilər arasında Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən təxribatlarda, eləcədə Rusiya sülhməramlı missiyasının məsuliyyət zonasına daxil olan ərazidəki ermənilərin qanunsuz silahlı qruplarının Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasında maraqlı qüvvələr var. Bunu son günlər Azərbaycan-Ermənistan sərhəddində, eləcədə rus sülhməramlıların məsuliyyət zonasına aid olan ərazilərdən ordumuzun mövqelərinin atəşə tutulmasından danışan hərbi ekspert Azad İsazadə deyib.

Azad İsazadənin fikrincə, kimin təxribat törətdiyini müəyyən etmək üçün bir məqamı araşdırmaq lazımdır: “Azərbaycan müharibə etmək istəyirmi? Bu suala cavab tapaq. Azərbaycan deyəndə, əslində bu, geniş anlayışdır. O mənada ki, kimsə müharibənin davam etməsini, digər ərazilərimizin də işğaldan azad edilməsini istəyir. Kimsə də müharibə istəmir və düşünür ki, əsas ərazilər azad edilib, yerdə qalan problemi danışıqlar yolu ilə həll etmək lazımdır. Başqası isə hesab edir ki, erməni ordusunu tam məhv etməyənə qədər onlar sakit durmayacaq”.

Bəs Ermənistanda vəziyyət necədir, müharibə tərəfdarları çoxdurmu? Hərbi ekspert bu suala cavabında deyib:

“Əvvəla, nəzərə alınmalıdır ki, Azərbaycandan fərqli olaraq Ermənistanda kifayət qədər fərqli qüvvələr var. Ermənistan cəmiyyəti, xüsusilə mülki əhalinin bir hissəsi müharibə istəmir. Elə bu səbəbdən də Köçəryana deyil, Nikol Paşinyana səs verdilər. Ancaq bu o demək deyil ki, Paşinyan sülhpərəst insandır. Yox, sadəcə, Köçəryanla müqayisədə Paşinyan adekvat siyasətçidir. Deməli, Ermənistanda da müxtəlif qüvvələr mövcuddur. Üstəlik, hansısa böyük oyunçular vəziyyəti gərginləşdirir və bilmək istəyirlər ki, Azərbaycan müharibəyə nə qədər hazırdır, Türkiyə bizim arxamızda dayanacaqmı.

Aydındır ki, biz ona görə müharibəni dayandırdıq ki, məsələnin qalan hissəsinin sülh yolu ilə həllini istədik. Ancaq Ermənistanda vəziyyət tam fərqli idi. Erməni cəmiyyətində ekspertlər mütəmadi fikir səsləndirir və açıq deyirdilər ki, müharibə bitməyib, üçüncü müharibə olacaq və biz buna hazır olmalıyıq. Biz başa düşməliyik ki, o tərəfədə müharibə haqqında düşünən, bunun olacağına inananlar var. Deməli, biz də müharibə hazırlığımızı görməliyik”.
 


Xəbəri paylaş

5498 dəfə oxunub.

Digər xəbərlər
4-09-2017, 14:48 Prezident sərəncam verdi

bütün xəbərlər
____ Instagram ___