Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni mediası Ərdoğanın Şuşa səfəri barədə: “Dəhşətli yuxu çin olur” - Düşmən TƏLAŞDA
Tarix: 15-06-2021 | Saat: 10:01
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


“Yunan mediasının yazdığına görə, Ərdoğan Cənubi Qafqazı Rusiyanın təsirindən çıxarmaq üçün NATO-dan dəstək tələb edəcək. Və İttifaq ölkələri Rusiya təhdidindən qorxduqları üçün onu dəstəkləyəcəklər. Bu, nədənsə lazımi əhəmiyyət verilməyən çox vacib bir xəbərdir”.

Ovqat.com xəbər verir ki, ermənilərin tanınmış media qurumlarından “ArmenianReport”-un analitiki Romella Mnatsakanyan qələmə aldığı “Dəhşətli yuxu çin çıxır” sərlövhəli məqaləsində belə yazıb.

Məqalədə qeyd olunur ki, Ermənistan üçün bu qədər ağır zamanda bir də ölkənin mövcud və əvvəlki hökumətləri arasında qarşıdurmalar başlayıb və bu, çox təhlükəlidir.

Müəllif daha sonra qeyd edir:

“Həqiqətən də, bu layihə həyata keçirilsə, Ermənistan milli təhlükəsizliyi və dövlətimizin mövcudluğunu təhdid edən böyük problemlərlə və təhlükələrlə qarşılaşacaqdır. Bəli, şişirtmirəm, həqiqətən də belədir. Yalnız yalançı və ya axmaqlar əksini iddia edə bilərlər…

Artıq faciəyə çevrilə biləcək hadisələr baş verir. Türkiyə prezidenti Ərdoğanın Bakı səfəri bu həftə başlayır. Əliyevlə bir şeylər imzalamağı planlaşdırdığı Şuşaya səfərini artıq elan etdi Ərdoğan. Sadə olmayan, lakin bütün bölgə üçün son dərəcə vacib hadisələr gözlənilir. Əks təqdirdə Ərdoğan Bakı səfərini şəxsən və yüksək səslə elan etməzdi.

Azərbaycan mediası və sosial şəbəkələri Ərdoğanla birlikdə Türkiyənin təhlükəsizlik rəsmilərindən ibarət böyük bir nümayəndə heyətinin gələcəyi barədə xəbərlərlə doludur. Bu görüşdə dövlət kəşfiyyat xidmətinin (MİT-Milli Kəşfiyyat Təşkilatı) rəhbərinin yanında müdafiə və hərbi istehsalat katibliyinin yüksək vəzifəli şəxsləri iştirak edəcəklər.

“Baykar Makina” korporasiyasının (PUA istehsalı) və bir sıra digər müəssisələrin rəhbərlərinin gəlişi də gözlənilir. İclasda bu qərarların veriləcəyi gözlənilir: Türkiyənin Azərbaycanda yeni bir diplomatik nümayəndəliyinin açılması, Azərbaycanda şok və kəşfiyyat PUA istehsal edən bir müəssisənin qurulması, Türkün hərbi bazanın açılmasına dair bir saziş.

Bütün bunlar yunan mediasının xəbərlərini təsdiqləyir. Bir sözlə, nəhayət Rusiyanı Cənubi Qafqaz bölgəsindən sıxışdırmaq prosesi başlamışdır. Ən vacibi isə, Rusiyanın bütün bunlara razılaşmasıdır. Daha doğrusu, Putin və ətrafının razılığından söhbət gedir. Onlar praqmatik və iş adamlarıdır. Həyatı, azadlığı və varlıqlarını qorumaq onlar üçün daha vacibdir və bütün bunlar isə kollektiv Qərbin iradəsindən asılıdır.

Putinin və digər Kremlin ağsaqqallarının və yoldaşlarının Qərblə qarşıdurmanın vacibliyi barədə danışıqlarının hamısı isə dardüşüncəli, sərxoş rus auditoriyası üçündür. Və əsəbi televiziya təbliğatı da eyni məqsədə qulluq edir. Əslində isə “paçanlar” artıq hər şeyi müzakirə ediblər. Və indi məlum olur ki, Türkiyə-Azərbaycan qoşunlarının “Arsax”a qarşı təcavüzünə cavab olaraq Rusiyanın Ermənistana xəyanəti də məhz bununla bağlı imiş.

Putin başqa cür edə bilməzdi, çünki müstəqil bir şəxs deyil. Çox həssas və aludəçi biridir. Və onu bizimkilər yox, öz mənfəətləri maraqlandırır. Başqa bir nüans da budur ki, sonunda “tərxis salamı” verib bölgəni tərk etməyə cəhd göstərəcək. Bunun üçün ölkəmizdə onun köməkçilərinə ehtiyac var. Onlar Putinin əmri ilə seçki günü və ya ondan dərhal sonra həqiqi bir qırğını təşkil etməyə çalışa bilərlər.

Aydındır ki, Paşinyan Qərbin qarşıya qoyduğu hədəfə çatmaq layihəsi üçün bir vasitəçidir. Ona “bu planların qarşısını alan” başqa bir vasitəçi - Köçəryan qarşı çıxır. Qəsdən başqa oyunçulardan danışmıram, çünki onlar heç nəyə qərar vermirlər. Eyni zamanda, Köçəryan baş verənlərin mahiyyətini və qazanacağı təqdirdə yeni reallıqlar çərçivəsində necə hərəkət etməli olduğunu mükəmməl başa düşür”.

Həm Qərbin planlarını, həm də Putinin güzəştə getdiyini etiraf etməyə hazırlaşdığını bilir. Ermənistanın artıq bu oyunda çoxdan oyunçu olmadığını başa düşür. Həm də sırf şəxsi problemlərini həll edir. Paşinyanın qələbə qazanacağı təqdirdə hakimiyyətə gəlmək üçün nə etməli olduğunu dəqiqləşdirir. Biz isə ən pis xəyalın artıq reallığa çevrildiyi anları ilə yaşayırıq. Ona müqavimət göstərə də bilmərik. Artıq bizim üçün hər şeyə qərar verilib”.

 Sizi deyə bilmərəm, mən şəxsən Ramella xanımın qələmə aldığı bu məqalənin kağızını göz yaşı ilə necə suladığı aydın hiss edirəm. Və yadıma qədin atalar sözü düşür: "Arığın nə işi vardi qoruqda, vuralar qıçını qırıla”.


Xəbəri paylaş

5268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___