Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Növbəti tədris ilində peyvənd olunmayan müəllimlər sinifə buraxılmayacaq - AÇIQLAMA
Tarix: 12-06-2021 | Saat: 18:23
Bölmə:M / Karusel / Təhsil | çapa göndər


İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söyləyiblər. Dahi Nizamiyə görə təhsilin köməyilə insanlar təbiətin və insan mənəviyyatının sirlərini öyrənə bilər. Müxtəlif dövrlərdə yaşamış müdriklərin müəllim haqqında deyimləri göstərir ki, dövründən asılı olmayaraq, həmişə əsl müəllim milli sərvət kimi qəbul edilib. Cəmiyyətin gələcək inkişaf mərhələlərində yeni dəyərlərin yaranmasında onların rolu danılmazdır. Lakin çox təəssüf ki, artıq bir müddətdir ki, ölkəmizdə ənənəvi təhsil sistemində dərslər tədris olunmur.

Bildiyimiz kimi, bunun da başlıca səbəbi koronavirus pandemiya ilə əlaqədardır. Bu günləri yenidən əvvəlki ənənəvi qaydada tədrisin bərpası üçün insanların vaksinasiya olunması mühümdür. Lakin bir çox insanlar peyvənd olunmaqda maraqlı deyillər. Çox təəssüf ki, cəmiyyətin aparıcı qüvvəsi olan müəllimlərin də vaksinasiyadan imtina edənlər arasında olması çox üzücüdür. Ötən gün bu barədə Təhsil naziri Emin Əmrullayev feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib. O qeyd edib ki, Bakı şəhəri üzrə 38 min 185 müəllimdən 24 min 502 nəfəri vaksin olunub. Ümumilikdə 4 min 620 müəllim virusa yoluxduğunu, 3400 nəfərin müxtəlif səbəblərdən vaksin olunmadığını və 2500 müəllimin isə vaksindən imtina etdiyini diqqətə çatdırıb. Bəs görəsən, vaksindən imtina edən 2500 müəllimin aqibəti necə olacaq? Onların tədris prosesinə qoşulmasına icazə veriləcəkmi?

Mövzu barədə təhsil eksperti Kamran Əsədov "Şərq"ə ətraflı danışıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə müəllimlərlə bağlanmış əmək müqaviləsinə xitam verilmənin halları var:

"Amma burda istisna hal mövcuddur. Çünki bilirik ki, yoluxma riski var. Məlumdur ki, 2020-ci ildən etibarən ölkədə pandemiya hökm sürür. Bu təkcə tədris prosesinə yox, insanların gündəlik həyatına bilavasitə təsir göstərib. İstər dövlət, istər hökumət təşkilatları çalışır ki, pandemiyadan az zərərli çıxsın və "İnsanların sağlamlığı hər bir şeydən önəmlidir" prinsipi həyata keçirilsin. Nəzərə alsaq ki, bu gün Azərbaycan təhsil sistemi öz ətrafında 2 milyon insanı birləşdirir. Onun 150 mini müəllimdir. Hər bir şagird dərsdən sonra evinə gedir. Biz imkan verə bilmərik ki, burda hər hansısa bir yoluxma halı baş versin. Çünki bu, tədris prosesinin normal gedişinə mane ola bilər. Qeyd edim ki, Azərbaycan Respublikasında Əmək Məcəlləsinin tələblərinə görə müəllimlərlə bağlanmış müqavilədə əgər onlar hər hansı ciddi şəkildə yoluxma hallarına yol verərlərsə, yaxud da ki, normal tədrisin axınına mane olarlarsa, bu halda müqavilələrinə xitam verilə bilər. Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə də dəyişiklik edilib. Hesab edirəm ki, burda 2500 müəllimin birbaşa işdən çıxarılmasından söhbət gedə bilməz. Çünki bununla bağlı konkret hal nəzərdə tutulmur. Amma əgər onlar sübut olunsa ki, hər hansı bir konkret virus daşıyıcı və yoluxdurucu şəxs predmetindədirlər, bu zaman bəli, onlarla bağlanmış müqaviləyə xitam verilə bilər. Tövsiyə olunur ki, təhsil sistemində çalışan və səhhətində hər hansı ciddi problem olmayan şəxslər mütləq vaksinasiya prosesində iştirak etsinlər. Bu, tədrisin dayandırılmasının gələcəkdə qarşısını alacaq amildir".

K.Əsədov qeyd edib ki, əgər vaksinasiyaya tam şəkildə qoşulmasaq, tədrisin yenidən axını dayana bilər:

"Ona görə də bütün müəllimlər prosesdə könüllü olaraq iştirak etməlidirlər. Hər kəs normal həyata qayıdış və tədris prosesində iştirak etmək üçün vaksinasiya qoşulmalıdır. Bir məqamı da qeyd edim ki, yaşı 65-dən yuxarı olan müəllimlər birmənalı olaraq siniflərə buraxılmayacaq. Risk qrupunda olan müəllimlərimizin sayı ümumi müəllimlərin 37 faizidir. Onların auditoriyaya buraxılmaması ilə bağlı hələlik hər hansı bir məhdudiyyət yoxdur. Amma növbəti tədris ilində risk qrupu hesab edilən müəllimlər vaksinasiya olunmazlarsa, onların məktəblərdə ənənəvi tədrisi təşkil edilmələrinə birmənalı şəkildə icazə verilməyəcək. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə bu hal əlavə edilib. Ona görə də müəllimlərimizin hər birini vaksinasiya prosesinə könüllü qoşulmağa tövsiyə edirəm. İnanıram ki, onlar normal həyata qayıdış üçün tam şəkildə bu prosesə tam qoşulacaqlar".


Xəbəri paylaş

3648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___