Azərbaycan XİN Ermənistan XİN-in nümayəndəsinin Azərbaycanı sərhəd gərginliyində ittiham edən, Azərbaycanın guya ki, beynəlxalq hüququ pozaraq Qarabağ ərazisini işğal etdiyini iddia edən açıqlamasına cavab verib.
Bununla bağlı XİN-in açıqlamasında deyilir:
"Öncə Ermənistan XİN-inə xatırladırıq ki, bütün bu illər ərzində beynəlxalq hüququn fundamental prinsiplərinin məhz Ermənistan tərəfindən tapdalanması, son 30 ildə iki dövlət arasında sərhədin müəyyən olunmamasının əsl səbəbidir.
Ermənistanın 30 ildən sonra nəhayət beynəlxalq hüququ yada salması ümumilikdə müsbət bir haldır. Lakin Ermənistan yenə də beynəlxalq hüquq prinsiplərini özünəməxsus şəkildə başa düşür.
Azərbaycanı guya ki, güc tətbiq edərək, əraziləri işğal etməkdə ittiham edən Ermənistan hələ də anlamır ki, bir ölkə öz ərazisini işğal edə bilməz, yalnız işğaldan azad edər. Ermənistanın artıq bu həqiqəti anlaması, yaranmış yeni vəziyyəti qəbul etməsi gərəkdir.
Bir daha Ermənistanı özünün istinad etdiyi beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasına və hər hansı fikir ayrılıqlarının həllində konstruktivlik nümayiş etdirməyə çağırırıq".
Azərbaycan XİN: Ermənistan hələ də anlamır ki...
Tarix: 22-05-2021 | Saat: 15:09
Bölmə:M / Siyasət / Gündəm | çapa göndər
Xəbəri paylaş
3788 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-05-2021 | Saat: 15:09
Bölmə:M / Siyasət / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
12-09-2017, 10:56
Qarabağın Çempionlar Liqasında ilk sınağı-Çelsiyə qarşı
2-03-2016, 23:01
Azərbaycanda 22 manatlıq avtomobil nömrəsi 25 minə satılır - FOTOLAR
21-10-2022, 10:30
Qışdan salamat çıxmaq üçün 1 manatlıq çay - Hər dərdə dərmandır
8-12-2017, 17:50
Ana və 4 qızının qətli ilə bağlı yeni detay: Ayrı-ayrı vaxtlarda öldürülüblər (YENİLƏNDİ)
4-06-2017, 13:02
QIZMAR GÜNLƏR YAXINLAŞIR: Sabah 33 dərəcə isti olacaq
18-05-2016, 15:16
Rusiyanın Suriya itkisi 1 milyarda çatır
20-01-2019, 11:04
17 milyon izləyicisi olan it öldü
2-02-2021, 11:59
Bakıda narkotik satan şəxs saxlanıldı - FOTOLAR
3-03-2016, 13:04
Uşaq hərəkətdə olan avtomobildən düşdü – VİDEO
4-09-2020, 12:35
İtaliya KİV-i Nikolun arvadından yazdı: Hücuma hazırlayır...