Amerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda "COVİD-19" koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilmiş, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunmuşdur. Qeyd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılmışdır.
Bununla əlaqədar bəyan edirik ki, Azərbaycan Respublikasının ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.
Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyildir.
Ölkə ərazisində terror təhlükəsinin olması ilə bağlı məlumatlar əsassızdır - DTX
Tarix: 19-05-2021 | Saat: 21:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
5798 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-05-2021 | Saat: 21:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
7-07-2016, 14:05
Bakı neftinin qiyməti dəyişdi - Yeniləndi
24-08-2015, 15:19
Azərbaycanlı qadın Rusiyada məktəbli formasını oğurlamağa cəhd etdi
4-04-2018, 10:21
Bakının bu rayonunda qaz olmayacaq
9-12-2016, 11:50
NASA-dan qorxunc açıqlama
11-11-2019, 13:28
Gəncədə Dajban Nicat “exchange” işçisini öldürdü
29-01-2019, 14:53
Yapon qadınlarının gözəl saçlarının sirləri
30-10-2019, 12:36
Bu universitetdə əmək haqqı ARTDI
30-06-2017, 12:23
Azərbaycanda 35 nəfər cinsiyyətini dəyişmək istəyir - 10-15 min manat...