Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Obama Türkiyə ilə aparılan danışıqların bəzi detallarını - AÇDI
Tarix: 07-08-2015 | Saat: 11:32
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər

Obama Türkiyə ilə aparılan danışıqların bəzi detallarını - AÇDI
ABŞ prezidenti Barak Obama Türkiyə hökumətinin PKK terror təşkilatına qarşı apardığı əməliyyatları şərh edib.

Modern.az saytının verdiyi xəbərə görə, Barak Obama Ağ Evdə jurnalistlərə ABŞ-ın İran və Yaxın Şərq siyasəti barədə danışarkən PKK mövzusuna da toxunub.

“Huffington Post” müxbirinin ünvanladığı “Prezident Rəcəb Tayyib Ərdoğanın İŞİD-ə qarşı aparılan kampaniyadan Suriyada döyüşənlərlə müttəfiq olan PKK-nı hədəf almaq üçün bəhanə olaraq istifadə etməsindən narahatlığınız varmı” sualına Ağ Ev başçısı belə cavab verib:

“Terror təşkilatı PKK Türkiyəni hədəfə alan hücumlar təşkil edir. Buna görə də türklərin özünü müdafiə etməsi qanunidir”.

ABŞ lideri İŞİD-in regionda ən böyük təhdid olduğunu xatırladaraq qeyd edib ki, bu terror təşkilatına qarşı birgə mübarizə aparmaq üçün Türkiyə ilə danışıqlar gedir.

“Üzərində işlədiyimiz razılaşma bu istiqamətdədir. Xarici ölkə vətəndaşlarının Suriyaya keçməsinin qarşısını almaq üçün o sərhədləri (Türkiyə sərhədini nəzərdə tutur-red.) necə bağlaya bilməyimiz əsas müzakirə mövzusudur. Atacağımız addımlar bu xüsusdadır”,-deyə Obama bildirib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin ABŞ-la birgə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara başlayacağını bəyan etmişdi.

Qeyd edək ki, dünyanın müxtəlif yerlərindən, o cümlədən Azərbaycanda da bir qrup terrora meylli şəxs İŞİD tərkibində döyüşmək üçün Türkiyə sərhədindən Suriyaya keçib.


Xəbəri paylaş

5568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___