Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Davudoğlu: Vətən üçün övladlarımızı da, özümüzü də qurban verməyə hazırıq
Tarix: 31-07-2015 | Saat: 23:03
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Davudoğlu: Vətən üçün övladlarımızı da, özümüzü də qurban verməyə hazırıq
“Bütün dünya bu fədakarlığımızdan xəbərdar olmalıdır”.

Silahlar yerə qoyulanadək, silahlı qruplar Türkiyəni tərk edənədək və İŞİD terroru təhlükəsi aradan qaldırılanadək əməliyyatlar davam edəcək. Heç kəs xam xəyal etməsin.

Xeberaz.az Oxu.Az-a istinadan xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu “Terrora qarşı vətəndaş təşəbbüsü” proqramı çərçivəsində keçirilən iclasda bildirib.

“Ankarada Türkiyənin ağır yükünü öz üzərində daşıyan dövlət adamları olaraq belə bir hücum qarşılığında tərəddüd etsə idik, belə bir hücum qarşılığında “gözləyək görək nə olur” mövqeyindən çıxış etsə idik, belə bir hücum qarşılığında “gözləyin, indi hökumət qururuq” bəyanatı verib, mövzunu təxirə salda idik, əmin ola bilərsiniz, bu gün Türkiyə xaosa sürüklənəcəkdi”, - deyə, Davudoğlu bəyan edib.

Davudoğlunun sözlərinə görə, edilən hücumlar Türkiyə dövlətinə, 78 milyonluq xalqa qarşı çevrilib.

“Demokratiyanı, ictimai asayişi, beynəlxalq etibarımızı və iqtisadi inkişafımızı qorumaq üçün bu üçayaqlı terror qruplaşmasına qarşı anti-terror əməliyyatına başladıq. Mən bu əməliyyatı “Sülh və demokratiya əməliyyyatı” adlandırıram. Əgər kimsə bizim xalqımızın əmin-amanlığını pozmaq istəyirsə, bizim də vəzifəmiz bu əmin-amanlığı qorumaqdır”, - deyə, o, bəyan edib.

Daha sonra Davudoğlu iclas iştirakçılarına və ictimaiyyətə müraciət edib:

“Lazım gələrsə, sizlər və bizlər bu vətənin birliyi, millətin əmin-amanlığı, gələcək nəsillərin parlaq yaşaması üçün övladlarımızı da, özümüzü də qurban verməyə hazırıq. Bütün dünya bu fədakarlığımızdan xəbərdar olmalıdır”.


Xəbəri paylaş

5988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___