Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zakir Həsənov Moskvaya gedir
Tarix: 31-07-2015 | Saat: 15:16
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Zakir Həsənov Moskvaya gedir
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Moskvaya səfər edəcək.
APA-nın verdiyi xəbərə görə, nazir avqustun 1-15-də Moskva vilayətində yerləşən poliqonda “Beynəlxalq ordu oyunları 2015”in açılış mərasimində iştirak edəcək.

Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, səfər çərçivəsində Z. Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşəcək.

Birinci “Beynəlxalq ordu oyunları 2015”də 17 ölkədən 57 komanda, 6 xarici ölkədən 20 müşahidə qrupu, Avropa, Asiya, Afrika və Latın Amerikası ölkələrinin nümayəndələri iştirak edəcəklər. Oyunların proqramına səhra, hava və dəniz növləri üzrə 14 müsabiqə daxil edilib.

Beynəlxalq Ordu oyunları proqramının iki müsabiqəsi Hərbi Dəniz Donanması tərəfindən təşkil olunub. “Xəzər derbisi” adlandırılan bu yarışda hərbi-dəniz qüvvələrinin zirehli transportyorları iştirak edəcək.

Bu yarışda Rusiya ilə yanaşı Qazaxıstan və Çin komandaları ən güclü olmaq üçün mübarizə aparacaqlar. Yarışlar Xəzər dənizi akvatoriyasında keçiriləcək. Bu yarışda hərbi gəmilərin ekipajlarının artilleriya atəşinin həyata keçirilməsi üzrə döyüş hazırlığı yoxlanılacaq.

Müsabiqədə Rusiya, Azərbaycan və Qazaxıstan dənizçiləri iştirak edəcəklər. Hər iki müsabiqə Dağıstanın Kaspiysk şəhərində keçiriləcək.


Xəbəri paylaş

5468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___