Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Novruzu İrəvanda keçirən azərbaycanlı: İstədik görək Ermənistan nə cürdü - VİDEO
Tarix: 23-03-2015 | Saat: 21:38
Bölmə:M / Gündəm / M2 | çapa göndər

Novruzu İrəvanda keçirən azərbaycanlı: İstədik görək Ermənistan nə cürdü - VİDEO
Ermənistanın paytaxtı İrəvanda bu il Novruz bayramı münasibətilə İran vətəndaşları üçün dəbdəbəli və bahalı “Pharaon” əyləncə mərkəzində Nasrollah Moein və Leila Forouhar bir konsert verəcəklər.

Xeberaz.az BBC-nin Azərbaycan bürosuna istinadən xəbər verir ki, Novruz bayramı günləri Ermənistanda olan iranlı gənclərin əksəriyyəti isə vaxtlarını gecə klublarına keçirməyə üstünlük verirlər.

15 ildən bəri tez-tez Ermənistana gedib-gələn iranlı Rza son illər Novruz bayramını Ermənistanda keçirənlərin və, ümumiyyətlə, turistlərin sayının azaldığını qeyd edib.

O, əvvəlki illər Novruz bayramı günləri Ermənistana daha çox İran vətəndaşaları gəldiyini və Qərb ölkələrində yaşayan bir neçə iranlı artistlərin konsertləri bir-iki həftə davam etdiyini deyib.

Rza bunu ötən illər ərzində iranlı turistlər üçün müvafiq şəraitlərin yaradılmasına əhəmiyyət verilmədiyi ilə izah edir.

“Turizm çox aşağıdır. Pul alırlar, viza alırlar, amma şəhərdə turist üçün bir tualet yoxdur. İranın bura qoyduğu pulun qarşılığında İrana aid heç bir şey yoxdur”.

“Bir həftədik burdayıq. İstədik görək Ermənistan necədir. Pis deyil, yaxşıdır. Birinci dəfədir gəlmişik. İstəyirik konsertə gedək”, - bu sözləri isə Novruzla əlaqədar İrəvana səfər etmiş digər azərbaycanlı deyir.



Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
22-06-2015, 15:50 BAKİ METROSUNDA NASAZLİQ
26-02-2016, 14:17 Temperatur yüksəlir

bütün xəbərlər
____ Instagram ___