Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğan və Putin İŞİD-lə mübarizəni müzakirə ediblər
Tarix: 27-07-2015 | Saat: 11:41
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Ərdoğan və Putin İŞİD-lə mübarizəni müzakirə ediblər
Onlar fikir mübadiləsi aparıblar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında iyulun 26-da telefon danışığı olub.

Xeberaz.az xəbər verir ki, liderlər terrorçu İslam Dövləti (İŞİD) təşkilatından gələn təhlükələrlə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli koordinasiyanın daha da gücləndirilməsi məsələsini müzakirə ediblər.

Prezidentlər qeyd ediblər ki, terrorun və ekstremizmin yayılmasının qarşısının alınmasında uğur əldə etmək üçün bütün maraqlı dövlətlərin beynəlxalq hüquqi əsaslarla səylərini konsolidasiya etməsi vacibdir.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Putin və Ərdoğan həmçinin Yaxın Şərq, əsasən də Suriya və İraqdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, iyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində terror aktı törədilib.

Nəticədə 32 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. İstintaqın məlumatına görə, terror aktını 20 yaşlı Şeyx Əbdürrəhman Alagöz törədib. Türkiyə hakimiyyəti partlayışın İŞİD tərəfindən təşkil edildiyini açıqlayıb.

Bunun ardınca Türkiyə Hərbi Hava Qüvvələri İŞİD-in Suriya və İraqdakı hədəflərinə aviazərbələr endirib.

Eyni zamanda Türkiyə hökuməti İŞİD-in mövqelərinə hava zərbələri endirmək üçün Adanadakı İncirlik hərbi bazasını ABŞ Hərbi Hava Qüvvələrinin ixtiyarına verib.


Xəbəri paylaş

5448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___