Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sərhəddə yaralanan əsgər əməliyyat olundu - FOTO
Tarix: 02-08-2019 | Saat: 16:38
Bölmə:M / Karusel / Siyasət / Səhiyyə | çapa göndər

Sərhəddə yaralanan əsgər əməliyyat olundu- FOTO

İyulin 31-də Azərbaycan-Ermənistan dövlət sər­hə­din­də təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatının qarşısının alınması zamanı yaralanan hərbi qul­luqçu üzərində avqust ayının 1-də aparıl­an cərrahiyyə əmə­liy­yatı uğurla başa çatıb.  
Bu barədə "Xeberaz.Az"-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 
Hazırda vəziyyəti qənaətbəxşdir. Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunla­rının Ko­mandanı general-leytenant Əsgər Xəlilov hərbi qul­luqçuya baş çəkib, cər­rahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə ya­xından tanış olub. 
General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun vali­deyn­­ləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətən­pərvərlik və düş­mə­nə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəh­bərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görülə­cəyinə onları əmin edib.


  • Sərhəddə yaralanan əsgər əməliyyat olundu- FOTO



Xəbəri paylaş

3938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___