Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Obama atasının vətəninə səfərə gəlib
Tarix: 25-07-2015 | Saat: 12:31
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Obama atasının vətəninə səfərə gəlib
ABŞ prezidenti atasının dəfn olunduğu kəndə baş çəkməyəcək.

ABŞ prezidenti Barak Obama Ağ Evin rəhbəri olduğu müddətdə ilk dəfə olaraq atasının vətəni olan Keniyaya ikigünlük səfərə gəlib.

Xeberaz.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, Keniya rəhbəri Uxuru Keniata danışıqların əsas mövzusunun təhlükəsizlik və ticarət olacağını bildirib. ABŞ Somalinin “Əş Şəbab” qruplaşması ilə mübarizədə Keniyaya yardım göstərir.

Qeyd edək ki, Obama Nayrobiyə səfəri çərçivəsində Sahibkarların Qlobal Sammitində iştirak etmək və keniyalı qohumları ilə görüşmək niyyətindədir. Lakin ABŞ prezidenti atasının dəfn olunduğu Keniyanın Koqela kəndinə baş çəkməyəcək.

Barak Obamanın Keniyadan sonra Afrika İttifaqının mənzil-qərargahı yerləşən Efiopiyaya səfər edəcəyi gözlənilir.


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
5-02-2019, 12:42 Yılmaz Vural qovuldu

bütün xəbərlər
____ Instagram ___