Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğanı təhqir edən sənətçinin həbs cəzası təsdiqləndi
Tarix: 19-07-2019 | Saat: 13:45
Bölmə:M / Karusel / Siyasət / Dünya | çapa göndər

Ərdoğanı təhqir edən sənətçinin həbs cəzası təsdiqləndi
Türkiyənin tanınmış müğənni-aktrisası Zuhal Olcay Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə barəsində həbs qərarı təsdiqlənib.
“Xəbəraz.aaz”ın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, İstanbuldakı 16-cı Cəza Məhkəməsi müğənniyə verilmiş və daha sonra təxirə salınmış 11 ay 20 gün həbs cəzasını qüvvədə saxlayıb.
Xatırladaq ki, hadisə 2016-cı il avqustun 5-də qeydə alınıb. Belə ki, tamaşaçılardan biri polisə zəng edərək Olcayın konsertində mahnı ifa edərkən sözləri Prezident Ərdoğana həsr edərək əli ilə təhqiramiz hərəkət göstərdiyini iddia edib. Məkandakı kameralara baxdıqda müğənninin, həqiqətən, Ərdoğanı təhqir etdiyi sübuta yetirilib.
Olcay məsələ ilə bağlı “Səhvən etdiyim hərəkət idi. Təhqir məqsədilə etməmişdim. Cəza veriləcəksə, pula çevrilməsini tələb edirəm” deyib. 
Əvvəlcə Zuhal Olcaya “Prezidenti qəsdən təhqiretmə” maddəsi ilə 1 il 2 ay həbs cəzası verilib. Məhkəmə sənətçinin keçmişini, yaşını və davranışlarını nəzərə alaraq cəzanı 11 ay 20 günə endirib. 2018-ci ildə keçirilən məhkəmə prosesində cəzanın təxirə salınmasına qərar verilib.


Xəbəri paylaş

5158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___