ATV prezidentinin hesabından külli miqdarda pul YOXA ÇIXDI
Tarix: 13-07-2019 | Saat: 18:30
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) rəhbəri Azər Xəlilovun bank kartındakı pullar müəmmalı şəkildə oğurlanıb. Söhbət 14 min dollar vəsaitin onun xəbəri olmadan Amerikada xərclənməsindən gedir.
"Xəbəraz.Az"ın məlumatına görə, bu barədə Bizimyol.info-ya məlumatlı mənbədən xəbər daxil olub. Bildirilir ki, A.Xəlilovun Beynəlxalq Bankda kart hesabı olub və hesaba təxminən 15 min dollar pul yatırıb. Bu vəsaitdən hesab açılmasına faiz çıxılıb, bir də Londona təyyarə bileti alınıb.
“Bilet də təxminən 550 dollar olub. 100 dollara qədər də bankda xidmət haqqı tutulub. Kartda 14 min 400 dollar pul qalmalıydı. Kartın istifadə müddətinin başa çatmasına az qalmış Azər Xəlilov gedib ki, vaxtı uzatsın. Məlum olub ki, hesabında cəmi 350 dollar pul var. Halbuki, o, Londona bilet alandan sonra o kartdan istifadə etməyib. Yəni qalan 14 min 400 dollardan pul xərcləməyib”,- deyə mənbə bildirib.
Hesabından pulun silinməsilə əlaqədar Azər Xəlilovun şikayəti araşdırılıb. Araşdırmalardan sonra ona bildirilib ki, kart hesabındakı 14 min dollar məbləğ ABŞ-da ticarət mərkəzlərində xərclənib. Və bu xərcləmələrdən 1 ildən çox vaxt keçib. ATV rəhbəri etiraz edib, kartını heç kimə vermədiyini deyib, vəsaitin hesaba geri qaytarılmasını tələb edib. Amma bank pulu qaytarmaqdan imtina edib. Bildirilib ki, əgər kartdan oğurluq olubsa belə, bu, müştərinin özünün səhlənkarlığı üzündən baş verib.
ATV prezidenti Beynəlxalq Bankı məhkəməyə də verib. Məhkəmə iddiasında bankdan 14 min dollarla yanaşı, hüquqi yardıma görə çəkdiyi 1000 manatlıq xərci də tələb edib. Amma məhkəmə onun iddiasını təmin etməyib. Qərardan yuxarı instansiya məhkəmələrinə verilən şikayətlərin də nəticəsi olmayıb – qərar qüvvədə saxlanılıb.
Xəbəri paylaş
4658 dəfə oxunub.
Digər xəbərlər

28-04-2016, 02:22
"Mayın 12-də ermənilərə yerini göstərəcəyik"
13-08-2017, 22:06
Emin övladları ilə belə dincəlir - Foto + Video
11-11-2019, 13:04
Xose Bernardonu bıçaqlayan şəxs SAXLANILDI (Yenilənib)
8-05-2015, 15:43
Köçəryanın oğlu və gəlininə ABŞ-a buraxılmadı
18-11-2015, 13:11
“Aztelekom”un rəhbəri YAP-dakı vəzifəsindən qovuldu
24-08-2022, 12:28
Emin Əmrullayev: ''Bəzən valideynlər sırf daha yaxşı görünsün deyə rus bölməsini seçirlər''
9-10-2017, 16:11
Türkiyə bundan imtina edə bilər - Moskvaya ŞOK
3-04-2016, 10:41
Cəbhədən son xəbər: vəziyyət gərgin və stabildir
4-01-2017, 19:01
Avropanı avrodan imtina etməyə çağırdı
14-05-2017, 10:46
Bakının mərkəzinə gələn yolda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var