Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ hərbi təyyarələri Türkiyə üzərində
Tarix: 24-07-2015 | Saat: 20:48
Bölmə:M / Karusel / Dünya / M2 | çapa göndər

ABŞ hərbi təyyarələri Türkiyə üzərində
"İncirlik" İŞİD-ə qarşı istifadə oluna bilər"
""İncirlik" hərbi bazası zərurət yaranarsa, İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda qismən istifadə oluna bilər".

ANS PRESS-in məlumatına görə, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyə terror təşkilatlarının fəaliyyətinin qarşısını almaq üçün hər şeyi edəcək. Prezident qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri bundan sonra da İŞİD silahlılarına qarşı hərbi əməliyyatları davam etdirəcək.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə Adana vilayətinin İncirlik rayonunda yerləşən eyni adlı hərbi baza İŞİD-lə mübarizə aparan koalisiya qüvvələrinin istifadəsi üçün açıla bilər.Bu razılaşmanın əsas hədəfi İŞİD və əl Nüsra kimi radikal terror qruplaşmaları olacaq. Ehtiyac olacağı təqdirdə ABŞ və koalisiya qüvvələrinə məxsus İncirlik bazasından qalxan qırıcılar Türkiyə hava sahisəindən keçərək İraq və ya Suriyaya keçə biləcək. İki gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında baş tutmuş telefon danışığı zamanı bu məsələnin müzakirə olunduğu bildirilsə də bu barədə ətraflı məlumat verilməyib.


İncirlik hərbi bazasının girişi

Artıq Türkiyə hakimiyyəti ABŞ-na ölkə ərazisində İŞİD terror qruplaşmasının mövqelərinə zərbələrin vurulması üçün aviasiyanı yerləşdirməyə icazə verib. Bu haqda “The Wall Street Journal” amerika qəzetinin elektron versiyası bildirib.
Pentaqonda olan nəşrin mənbələri iddia edir ki, "çoxaylıq danışıqlardan sonra Türkiyə ABŞ hərbiçilərinə Suriyayla sərhədə yaxın ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin bazasından İŞİD döyüşçülərinə havadan zərbələr vurmağa icazə verməyə razılaşıb". Söhbət həm təyyarələr , həm də pilotsuz təyyarələr haqqında gedir.


İncirlik hərbi bazası

Nəşr iddiasına görə, razılaşma Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan və ABŞ prezidenti Barak Obama tərəfindən bəyənilib. Çərşənbə günü onlar Ağ evdə görüşüblər.Bu görüşdə ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğan əcnəbi silahlıların Suriyaya axınının qarşısının alınmasına və Türkiyə-Suriya sərhədinin təhlükəsizliyinin təmin olunmasına dair razılığa gəliblər.


ABŞ və Türkiyə prezidentlərinin görüşü

Türkiyənin baş nazirliyi Suriyada İŞİD mövqelərinin bombardıman edilməsi barədə açıqlama yayıb. ANS PRESS-in məlumatına görə, açıqlamada deyilir ki, baş nazir Əhməd Davudoğlu iyulun 23-də Çankaya iqamətgahında keçirilən Təhükəsizlik toplantısında sərhəddə yaşanan İŞİD hücumlarını qiymətləndirib və görüləcək təhlükəsizlik tədbirlərinə qərar verib.


Türkiyə Suriya sərhədinin xəritəsi

Bu çərçivədə Türk Hava Qüvvələri terror təşkilatına aid Suriyadakı hədəfləri vurmaq üçün əməliyyat keçirib.

"Saat 03:12 də (Bakı vaxtı ilə 05:12) Diyarbakır hava bazasından 3 ədəd F 16
havaya qalxıb. Saat 03:40 - 03:53 arasında icra edilən hərbi əməliyyat zamanı İŞID-a aid 3 hədəf vurulub. Daha öncədən müəyyən edilən 2 qərargah və 1 toplanma nöqtəsinə 4 bomba atılıb. Qırıcılar saat 04:24-də bazaya geri qayıdıblar.Türkiyə Cumhuriyyəti milli təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görməkdə qərarlıdır.


İncirlik hərbi bazası uçuş zolağı


Bu ehtimal İŞİD-ı dəhşətə gətirir


Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___