Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ziya Məmmədov vətəndaşları qəbul etdi – FOTO
Tarix: 24-07-2015 | Saat: 18:00
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Ziya Məmmədov vətəndaşları qəbul etdi – FOTO
Nazir tapşırıqlar verdi.

Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, nəqliyyat naziri Ziya Məmmədov iyulun 24-də Şəmkirdə növbəti qəbul keçirib.

Xeberaz.az xəbər verir ki, Nəqliyyat naziri Z. Məmmədov Şəmkir, Tovuz və Qazax rayonlarından olan vətəndaşları qəbul edərək, onların şikayət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən Şəmkir avtovağzalının tikintisi, Şəmkir-Qaranüy avtobus marşrutunun açılması, Tovuzda mövcud dəmir yolu körpüsünə paralel olaraq ikinci körpünün inşası, Tovuz-Böyük Qışlaq avtomobil yolunun təmiri, işə qəbul və digər məsələlərlə bağlı olub.

Nəqliyyat naziri vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib.

Qeyd edək ki, vətəndaşları narahat edən, nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.Oxu.Az



Xəbəri paylaş

5858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___