Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu vətəndaşlara ilin sonuna kimi 800 mənzil veriləcək - RƏSMİ
Tarix: 18-06-2019 | Saat: 17:17
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər


"Vətəndaş Könül Yusifqızının bəzi sosial şəbəkə səhifələrində yayılmış videomüraciətində şəhid ailəsi kimi növbədəkənar mənzillə təmin edilməsini istəyir".



Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib. O bildirib ki, hər bir şəhid ailəsi dövlətin qayğısı ilə əhatə olunub və onların sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atılmaqla, mənzillə təmin olunmaları sahəsində də işlər ildən-ilə gücləndirilir:

"Könül Yusifqızı özü də qeyd etdiyi kimi, anası Suvara Məmmədova şəhid ailəsi kimi 2014-cü ildə Abşeron rayonunda mənzil növbəsinə durub. Anası vəfat edib, hazırda atasının yeganə varisi odur. Mənzil növbəsinə götürülən şəhid ailəsinin üzvü vəfat edəndə isə qanunvericiliyə əsasən, növbəlilik digər şəhid ailəsi üzvünün adına dəyişdirilməlidir. Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil növbəsinə götürülməsi kimi, növbənin dəyişdirilməsi də müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətindədir. Digər tərəfdən, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı yalnız növbəlilik prinsipi əsasında, tam şəffaf həyata keçirilir".

Fazil Talıbov əlavə edib ki, ötən il şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626, bu vaxtadək isə 6654 mənzil təqdim edilib, 2019-cu ildə isə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcək






Xəbəri paylaş

4538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___