DTX-nın tutduğu baş redaktora hökm oxundu
Tarix: 12-06-2019 | Saat: 19:16
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xəbəraz.Az xəbər verir ki, hakim Əliövsət Abasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə təqsirli bilinib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info" və digər "reket" informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb.
Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.
O, ötən il oktyabrın 26-da şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işində 6 zərərçəkmiş var.
Xəbəri paylaş
5718 dəfə oxunub.
Digər xəbərlər

11-10-2015, 12:15
Samin Dəniz: "Həyatını sənətə həsr edən..."
8-08-2021, 11:52
Fırıldaqçı “həkim” görün xəstələri nə ilə müalicə edir
14-11-2017, 10:42
Bakıda faciə: Məktub yazıb, özünü öldürdü
25-01-2017, 21:40
Azərbaycanda süni qidalarla bağlı qadağa - Hamilələrin nəzərinə
13-06-2016, 13:59
Prezident ailəsinin şad günü - Foto
21-04-2018, 16:19
Novruz Məmmədov kimdir? - DOSYE
19-01-2017, 19:35
MTN-nin qadın generalı Namiq Abbasovdan şiddətli töhmət alıbmış - SƏBƏB
10-02-2023, 11:16
Ordumuzun hərbçisi qar uçqununa düşərək öldü - VİDEO
3-01-2018, 12:35
Bayram günlərində yol qəzalarının DƏHŞƏTLİ STATİSTİKASI
14-06-2021, 09:40
İki erməni traktorla Azərbaycana keçdi