Bakıda kriminal avtoritetin güllələnməsi ilə bağlı - RƏSMİ MƏLUMAT
Tarix: 08-06-2019 | Saat: 17:49
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri ötən gün Bakının Binəqədi rayonunda baş verən silahlı atışma barədə birgə məlumat yayıb.
Məlumatda bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilib.
“Belə ki, cari il iyunun 7-də paytaxtın Binəqədi rayonu ərazisində “BMW-745” markalı avtomobildəki naməlum şəxslərin həmin istiqamətdə hərəkətdə olan “Mercedes” markalı digər avtomobilə atəş açmaları, nəticədə bir nəfərin ölməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayonun prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün Tərtər rayon sakini Vüsal Hüseynov idarə etdiyi “BMW-745” markalı avtomobillə Bakı şəhər sakini Nazim Qədirovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili təqib edib.
Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Calalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açaraq “Mercedes-Benz” markalı avtomobilin sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlını qətlə yetirib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan ağır cinayətin Taleh Calalov və Vüsal Hüseynov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutularaq istintaqa təhvil veriliblər.
T.Calalovdan cinayəti törədərkən istifadə etdiyi lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Xəbəri paylaş
3548 dəfə oxunub.
Digər xəbərlər

2-08-2023, 21:51
Avqustun ən dəhşətli tarixləri AÇIQLANDI
19-09-2022, 10:27
Havanın temperaturu yenidən yüksələcək
25-09-2021, 12:54
Şəhid jurnalistlər bu mükafata layiq görüldü
23-04-2017, 17:18
"O pullara heyfim gəlir" - Məlahət Abbasova Röya ilə qalmaqalı haqda
17-03-2015, 21:50
Salyanda həyətyanı sahələri su basdı
2-03-2022, 00:52
Vilayət Eyvazov rəis oğlu ilə bağlı əmr imzaladı
26-11-2015, 21:04
“QMİ-dən Nardaran hadisələri ilə bağlı - Bəyanat
28-07-2015, 22:55
Məşhur erməni "vor zakon" öldürüldü (VİDEO, FOTO)
22-02-2018, 15:01
Moody's-dən manatın məzənnəsi və inflyasiya ilə bağlı PROQNOZ
24-06-2015, 13:13
Xəyalların qadını olmaq istəyirsinizsə, əməl edin - TÖVSİYƏ