Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı şok iddia irəli sürülüb.
Tarix: 24-07-2015 | Saat: 12:47
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı şok iddia irəli sürülüb.
Prezident sarayı bəyanat yaydı.



Xeberaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəzi mətbu orqanlar prezident Rəcəb Tayyib Ərdoğanı, onun oğlu Bilal Ərdoğan və qızı Sümeyyə Ərdoğanı İŞİD ilə əlaqə qurmaqda ittiham ediblər.

Artıq Türkiyə prezidentinin mətbuat xidməti məsələ ilə bağlı açıqlama yayıb.

Yayılan məlumatda bildirilir ki, Türkiyə və terrorçu İŞİD qruplaşması arasında əlaqələrin olması iddiaları ölkənin imicini ləkələməyə yönəlmiş əməliyyatların tərkib hissəsidir və bu baxımdan prezident Rəcəb Tayyib Ərdoğan və onun övladları barəsində son günlər yayılan məlumatlar da tamamilə yalandır.

“Dövlət başçımız cənab Rəcəb Tayyib Ərdoğanı, oğlu Bilal Ərdoğanı və qızı Sümeyya Ərdoğanı İŞİD-lə əlaqədə ittiham edən və son günlər əxlaqsızcasına irəli sürülən iddialar Türkiyəyə qarşı yönələn qaralama kampaniyasının bir parçası olub, tamamilə yalandır.

Əsəd rejimi və onun müttəfiqlərini dəstəkləyən bir qrup xarici internet saytlarında uydurulan bu çirkin iftiralar Türkiyə əleyhdarı olması ilə diqqəti cəlb edən bəzi qurumlar tərəfindən də diqqətə alınmaqda, Türkiyə daxilində bir xəbər kimi gündəmə yeridilməkdədir.

Bu cür iftira və yalanları yayımlamaq qəzetçilik peşəsi ilə uyğun gəlmədiyi kimi, insan haqlarına qarşı da bir hücumdur.

Türkiyə vətəndaşlarımızın canına qəsd edən İŞİD terror qruplaşmasına qarşı uzun müddətdir ki, mübarizə aparır və bu reallığı heç bir şey ört-basdır edə bilməz.

Dövlət başçımız media orqanlarını Türkiyəni hədəfə alan əməliyyatların əlində alət olmamaq üçün daha diqqətli olmağa çağırır”.


Xəbəri paylaş

6088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___