İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Tarix: 03-06-2019 | Saat: 18:04
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Xəbəraz.Az xəbər verir ki, təbrikdə bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayının dünya müsəlmanlarının ən əziz ayı olduğu bildirilir. Qeyd edilir ki, oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.
Vurğulanır ki, Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib, böyük alimlər və mütəfəkkirlər yetişdirib. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb.
Təbrikdə qeyd edilir ki, bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. “İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram”, - deyə dövlətimizin başçısı bildirir.
Xəbəri paylaş
4158 dəfə oxunub.
Digər xəbərlər

11-05-2016, 14:50
Rza Zərrab ABŞ-a qəsdən gedib - Həbs olunmaq üçün
14-02-2016, 15:03
Azərbaycanda hərbi xidmətdən yayınanlara qadağa
9-05-2016, 18:06
İŞİD-in yeni “ölüm üsulu”: gözləri bağlı halda... FOTO (18+)
23-06-2021, 11:21
“Hacı” pivəsinin içində spirt var” - Diqqət!
28-06-2015, 10:43
İlk gecə qorxusu (Qızlar üçün 18+)
23-09-2015, 15:00
Mehriban Əliyevanın humanist ürəyi
30-12-2017, 14:38
Evlənmək istədiyi qızı qaçırdı, boynunu qırıb öldürdü və... - Masallıda 20 il əvvəlki olayın ÜSTÜ AÇILDI
21-09-2015, 00:30
Çipras yenidən iqtidara dönür
14-10-2016, 19:53
Yerkökü suyunu üzünüzə çəksəniz...