Cərrah stolunda bu dəfə tanınmış həkim can verdi-"Əri infakt keçirdi"
Tarix: 28-05-2019 | Saat: 16:48
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər
Azərbaycanda əməliyyat zamanı daha bir xəstə ölümü baş verib. Bu dəfə əməliyyat masasından qalxa bilməyən şəxsin özü də həkimdir.
Xəbəraz.Az bakupost.az-ın əldə etdiyi məlumata görə, "Baku Medical Plaza”da liposaksiya əməliyyatı keçirən, özü də həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişib.
Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu əməliyyat edən həmkarı isə daha əvvəl də adı xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani olub.
Məsələ ilə bağlı "Baku Medical Plaza”nın mətbuat xidmətindən BakuPost.az xəbəri təkzib etməyiblər: "Həkimlə əlaqə saxlayıb, sizə məlumat verəcəyik”. Daha sonra zənglərə cavab verilməyib.
Əməliyyatı icra edən Siruz Qoçxani ilə isə əlaqə saxlamaq mümkün olmayıb. Onun telefonunu götürən xanım , köməkçisi olduğunu deyib və həkimin əməliyyatda olduğunu bildirib.
Onu da bildirək ki, estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.
Son zamanlar bir çox gənc qız və qadınları üz tutduğu qarın piylərinin liposaksiyası əməliyyatı ölüm təhlükəsi yüksək olan əməliyyatlardandır. Qarındakı piylər çıxarılarkən piy qalığının venoz damarlara düşməsi emboliyaya səbəb olur.
Əldə etdiyimiz məlumata görə, Sona xanım Azərbaycanda öz sahəsi üzrə ən peşəkar kadrlardan hesab olur.
Xatırladaq ki, S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanım həkimin əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgünün infarkt keçirib. Hazırda onun vəziyyətinin kritik olduğu bildirilir. Ailəyə yaxın olan şəxslərin sözlərinə görə, bu, Cəmil Gürgünün ikinci infarktıdır.
Xəbəri paylaş
5468 dəfə oxunub.
Digər xəbərlər

1-03-2016, 13:12
Nefti sürətlə bahalaşır - 37 dolları keçdi
11-12-2015, 13:23
MTN-də 250 nəfər işdən çıxarılıb - GENERAL AÇIQLADI
16-04-2017, 18:30
Türkiyədə referendumda səsvermə başa çatdı - YENİLƏNİB
22-04-2023, 10:34
Sevgi və biznesdə ən şanssız BÜRCLƏR
14-09-2018, 21:16
"ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək"
9-07-2018, 22:54
DÇ-2018: İkinci yarımfinalın hakimi açıqlandı
13-02-2019, 11:09
Qonşusundan oğurluq edən şəxs özünə “Mercedes” aldı - Fotolar
23-08-2023, 21:57
Barbiyə oxşamaq üçün 130 min dollar xərclədi - İnanılmaz dəyişim
5-10-2023, 09:27
Kişilər də hamiləlik testi almalıdır – Məşhur həkim