Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
“Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Zati-aliləri, xahiş edirəm, Sizə yüksək ehtiramımı qəbul edin”.
***
Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və Xorvatiya Respublikasının vətəndaşları adından ən səmimi təbriklərimi çatdırır, dövlətinizə və vətəndaşlarınıza firavanlıq arzulayıram.
Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndirir. Mən əminəm ki, bizim bir çox sahələrdə sıx əlaqələrimiz və əməkdaşlığımız xalqlarımız arasındakı dostluğun və qarşılıqlı anlaşmanın daha da inkişaf etməsinə və güclənməsinə töhfə verəcəkdir.
İkitərəfli əməkdaşlığımızın və tərədaşlığımızın gücləndirilməsinə əlavə stimul vermiş Xorvatiyaya rəsmi səfərinizi məmnunluqla xatırlayıram. Nümayəndə heyətlərimiz arasındakı danışıqlar və müzakirələr zamanı vurğuladığımız kimi, Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında energetika və iqtisadiyyatdan tutmuş mədəniyyət, elm, texnologiya və təhsilə qədər bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək üçün böyük imkanlar vardır. Ümidvaram ki, qarşıdakı illərdə Xorvatiya və Azərbaycan şirkətləri arasındakı əməkdaşlıq daha da inkişaf edəcəkdir.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
“Möhtərəm cənab Prezident, əziz dostum.
Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik edir, ölkənizin və xalqınızın rifahı naminə səmimi arzularımı çatdırıram.
Qarşılıqlı hörmət və anlaşmaya söykənən Serbiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirir və əlaqələrimizin inkişafına verdiyim töhfələrdən məmnunluq duyuram. Əminəm ki, Sizin Serbiyaya gözlənilən səfəriniz xalqlarımızın rifahı naminə əməkdaşlıq əlaqələrimizin hərtərəfli güclənməsinə təkan verəcəkdir.
Azərbaycanın əldə etdiyi nailiyyətlərdən fərəhlənir və əminliklə bildirirəm ki, Sizin güclü liderliyiniz, qətiyyətli iradəniz, fədakar işiniz sayəsində ölkəniz bütün məqsədlərinə nail olacaqdır.
Ölkənizin Serbiyanın ərazi bütövlüyünə və suverenliyinə ardıcıl dəstəyinə və Kosovo məsələsində mövqeyinə görə minnətdarlığımı ifadə edirəm. Həmçinin Serbiya BMT-nin bütün üzv dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü prinsipiallıqla tanıyır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərilən səyləri dəstəkləyir.
Möhtərəm cənab Prezident, tezliklə Sizin səfərinizə ümid edir və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Dünya liderləri İlham Əliyevi təbrik edir
Tarix: 28-05-2019 | Saat: 16:07
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
3328 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-05-2019 | Saat: 16:07
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
1-06-2017, 00:08
Üzeyir əsəbiləşdi, getdi...
26-03-2022, 20:05
Göyçayda maskalı şəxslər zərgərlik mağazasına basqın edərək 60 min manatlıq qızıl aparıb – FOTO
17-05-2018, 15:33
Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib
21-12-2016, 01:40
Ayağınız üşüməsin deyə ayaqqabının içinə bunu qoyun -Fotolar
16-05-2016, 11:38
İrəvan-2018 hərəkatı yaradıldı
30-04-2017, 16:35
1 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı - Xırdalanda
23-01-2017, 15:16
Tramp Qurana qulaq asdı - VİDEO
12-07-2017, 18:58
Ronaldonun yaxtasında axtarış
25-06-2016, 18:25
Breksit ABŞ-ın istəyinə təsir göstərməyib
22-12-2017, 12:52
Damarlarını kəsən direktordan kim pul istəyib?