Əli Əhmədov: "Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər"
Tarix: 24-05-2019 | Saat: 10:57
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər
"Respublika günü ərəfəsində Cümhuriyyəti quranlar hamılıqla minnətdarlıq hissi ilə yad edilir, xalqımız azərbaycançılıq ideyaları ətrafında daha sıx birləşir, dövlətçiliyə sədaqətini ifadə edir".
Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov sosial şəbəkdəki paylaşımda qeyd edib.
Ə.Əhmədov bildirib ki, 101 il əvvəl qurulmuş, az yaşasa da ənənələri onun layiqli varisi olan Azərbaycan Respublikası tərəfindən yaşadılan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq:
"Qürurla qeyd etmək yerinə düşər ki, Xalq Cümhuriyyətinin ideyaları və ənənələri ümummilli lider Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan dövləti tərəfindən nəinki qorunur və yaşadılır, həm də daha yüksəklərə qaldırılır. Şübhə etmirəm ki, Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər, çünki onların və bütün xalqımızın arzuları müstəqil dövlətimizin mövcudluğunda və fəaliyyətində özünün təcəssümünü tanır.
Azərbaycan XXI əsrin ən uğurlu dövlətlərindən biri olduğunu bütünlüklə təsdiq edə bilmişdir. Müstəqillik, müasirlik, tərəqqi, hürriyyət kimi ümumbəşəri ideyalar dövlətimizin təməl prinsipləri olaraq vətəndaşların xidmətindədir.
100 il əvvəl Cümhuriyyət qurucuları Azərbaycanın müstəqilliyinin tanıdılması uğrunda mübarizə aparırdılar, indi Azərbaycan özünün dövlət müstəqilliyini qəti şəkildə təsdiq edib. 100 il əvvəl beynəlxalq güclər Bakı neftini ələ keçirmək uğrunda savaşırdılar, indi Azərbaycanın bütün təbii sərvətləri xalqımızın mənafeyinə xidmət göstərir.
İndi Azərbaycan nümunə göstərən bir ölkədir. Yüksək inkişaf nümunəsi, əminamanlıq nümunəsi, tolerantlıq nümunəsi Azərbaycanı bütün dünyada məşhur edib. 100 il əvvəl müstəqil yaşamağa haqqı olduğunu sübuna yetirməyə çalışan bir xalq və onun müstəqil dövləti indi dünyaya nümunə göstərir. Çünki müstəqillik və dövlətçilik etibarlı əllərdədir.
Respublika günümüz mübarək olsun!".
Xəbəri paylaş
3288 dəfə oxunub.
Digər xəbərlər

4-05-2016, 23:15
Qarabağla bağlı sənədləşmə aparıla bilər - Lavrov
27-08-2018, 17:04
“Şəhriyar heç bir yarışa öz hesabına getmir” - Vitse-prezident
17-09-2016, 15:47
Bakıda daha bir avtobus qəzası: Ölən var
25-05-2017, 20:00
Mingəçevir su anbarında BƏDBƏXT HADİSƏ: ölən var - YENİLƏNİB
24-09-2016, 20:26
Müğənni məsciddə klip çəkdirdi - Video
24-05-2023, 11:41
Təəccüb doğuran hadisə: Qağayılar narkotik anbarına hücum etdilər
12-05-2018, 11:06
"Hər şeyi boş ver və arxasınca get" - Murad Aslı ilə barışmaq istəyir?
2-01-2022, 11:51
"Xarıbülbülün corabda, ayaqqabıda, salfetdə əks olunması doğru deyil" - Deputatdan ETİRAZ