Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cahangir Əsgərovdan gözlənilməz qərar
Tarix: 22-07-2015 | Saat: 18:21
Bölmə:M / Karusel / İqtisadiyyat / Fotogalereya | çapa göndər

Cahangir Əsgərovdan gözlənilməz qərar
"Aviabiletlərin qiymətlərinin aşağı salınması bəzi reyslərin bağlanmasına səbəb olacaq"
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bəzi reysləri bağlaya bilər.

ANS PRESS-in məluamtına görə, bu barədə AZAL-ın vitse-prezidenti Arif Məmmədov bu gün keçirilən mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, bəzi reyslərin bağlanmasına səbəb aviabiletlərin qiymətlərinin aşağı salınmasıdır.

Vitse-prezident bidlirib ki, aviabiletlərin qiymətləri elə səviyyədə olmalıdır ki, çəkilən xərc maya dəyərini qarşılasın.

"Hava yollarının xərcləri çoxdur. Xaric ölkələrdəki hava limanlarının xərcləri də hesablanır. Qiymətləri artıq İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etmişik. Bəzi aviareyslərin biletləri 20%-dən aşağı salına bilər. Bu isə maya dəyərini qarşılamayacaq. Ona görə də həmin reysləri bağlamaq məcburiyyətində qalacağıq".

Qeyd edək ki, iyulun 21-də "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin kollegiyasının qapalı iclası keçirilib. İclasda aviabiletlərin cari qiymətlərinin azaldılması üçün təkliflər dinlənilib. Məruzələr nəticəsində bu məsələ ilə bağlı konkret tədbirlərin görülməsinə qərar verilib.


AZAL təyyarəsi

Xüsusilə, "Azərbaycan Hava Yolları" aşağıda göstərilən istiqamətlər üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini (lou-kost istiqamətlər) yaradacaq:

- Bakı-Antalya-Bakı – bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;
- Bakı-İstanbul-Bakı – bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;
- Bakı-Moskva-Bakı – bu ilin oktyabından başlayaraq hər gün 2 uçuş;
- Bakı-Dubay-Bakı – bu ilin oktyabrdan başlayaraq hər gün bir uçuş.

Yeni reyslərin başlama tarixinin müxtəlif olması xidmət göstərilməsi üçün hava limanları ilə müqavilələrin imzalanması, xarici hava limanlarında icazələrin alınması kimi prosedur məsələlərlə əlaqədardır.

Bu sadalanan istiqamətlərdə lou-kosterlər üçün səciyyəvi sayılan hava daşımalarının biznes-modeli tətbiq olunacaq.

Lakin AZAL-ın bu qərarı birmənalı qarşılanmayıb. Bildirilir ki, AZAL biletlərinə 20 faiz endirim tətbiq edilməsindən sonra da başqa ölkələrə uçmaq üçün Tiflisə gedən Azərbaycan vətəndaşlarının sayı heç də azalmayacaq. Nəqliyyat üzrə ekspertlər hesab edir ki, AZAL bu qərarı verməklə insanları aldadır.

Ətraflı bu linkdə: AZAL kimi aldadır?


Xəbəri paylaş

8058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___